Pambıq yığımı başlayır - MÜTƏXƏSSİSLƏR PAMBIQÇILARA NƏ TÖVSİYƏ EDİR?
Salyan rayon Dövlət Sort-Sınaq Məntəqəsinin 15 hektar sahəsində pambıq əkilib və hazirda 1 hektar sahədə 19 sort sınaqdan keçirilir.
Məntəqənin rəhbəri Balaeyvaz Hüseynovun sözlərinə görə, sınaqdan keçirilən sortlardan 16 sort Azərbaycan Elmi-Tədqiqat Pambiqçılıq İnstitutunun sortlarıdır, digər 3 sort isə Türkiyədən gətirilib.
Məntəqə rəhbəri artıq yaxın günlərdə ölkədə pambıq yığımının başlayacağını deyib:
“Fermerlərə məsləhət görmək istərdim ki, onlar pambığı 2 dəfə sulayıblarsa, sonuncu suvarma işlərini də aparsınlar. Hər bir pambıq qozasının yetişkənliyi və çəkisinin artırılması üçün mütləq sonuncu suvarma həyata keçirilməli, sahə alaq otlarından təmizlənməli, həmçinin pambıq kollarıının ucları vurulmalıdır”.
Balaeyvaz Hüseynov pambıq yığımı ərəfəsində sahədə görülməli olan hazırlıq işləri barədə də tövsiyələrini verib.
“Fermer öz məhsulunu kombaynla yığmağı planlaşdırırsa, gərək əvvəlcədən sahəsində hazirliq işləri aparsın. Əvvəlcə sahəyə baxış keçirilməlidir. Əgər pambıq qozalarının 50-60 faizi açılıbsa, onda kollar defilyasiya olunmalıdır. Yarpaqlar tam töküldükdən sonra yığıma başlamaq olar. Pambıq sahəsi kombaynla yığıma hazırlanmayıbsa, onda fermer istehsal etdiyi pambığı əllə toplamalıdır. Əllə yığılan pambıq sahəsinin defilyasiya olunması məqsədəuyğun sayılmır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 d. əvvəl
-
-
10 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
21 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb















.jpg)






