"Mənzil seçimi etmiş vətəndaşların 90%-i ərizələrini imzalayaraq təqdim etmişdir"
Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi başa çatdırılmışdır.
MİDA-dan "Marja"ya daxil olmuş məlumata görə, güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olub real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçim imkanına malik olmuşdur.
Mənzili seçmiş vətəndaşlara ərizələrinin imzalanması üçün növbəti günün sonuna qədər vaxt verilsə də, bu saata olan məlumata əsasən onlardan 90%-dən çoxu artıq mənzil seçimi ərizələrini imzalayaraq təqdim etmişdir.
İmzalama prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallarla bağlı MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan müraciətlərin xüsusi işçi qrup tərəfindən operativ cavablandırılması təmin edilmişdir. Hər bir müraciət işçi qrup tərəfindən dərhal dəqiqliklə araşdırılmış və vətəndaşlara lazımi köməklik göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 8 d. əvvəl
- 13 d. əvvəl
- 17 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
















.jpg)



