"Burberry" satılmayan məhsulları yandırmaq təcrübəsindən imtina etdi
Böyük Britaniyanın lüks geyim markası "Burberry", milyonlarla funt-sterlinq məbləğində satılmayan məhsulları yandıraraq məhv etmək təcrübəsinə son verdiyini açıqlayıb.
"Marja" Reuters-ə istinadən xəbər verir ki, ətraf mühitə ziyan vurduğuna görə tənqid edilən şirkət bundan sonra kolleksiyalarında həqiqi kürkdən də istifadə etməyəcəkdir.
Keçən il 28.6 milyon funt-sterlinq dəyərində satılmamış məhsulunu yandıran "Burberry" yeni dizayneri Rikardo Tisci ilə ilk kolleksiyanı hazırlayır. Şirkət bundan sonra cəmiyyətə və ətraf mühitə daha çox önəm verəcəyini açıqlayıb.
Şirkət "Versace", "Gucci" və "Stella McCartney" kimi digər məşhur markaların ardınca gedərək bundan sonra dovşan, tülkü, samur və Asiya yenotu kimi heyvanların kürklərini də istifadə etməyəcəkdir.
"Burberry"-nin İcraçı direktoru Marko Gobbetti, "Dövrümüzdə lüks, cəmiyyətə və ətrafa qarşı məsuliyyət daşımağı tələb edir. Bu, "Burberry"nin əsas anlayışı və uzunmüddətli uğurunun açarıdır" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)

















