250 hektar yeni fındıq bağları salınacaq
Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Oğuz rayonunda da uğurla icra olunur.
Belə ki, bu ilin yaz aylarında rayonda 386 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə isə rayon ərazisində daha 250 hektaradək sahədə yeni bağların salınması nəzərdə tutulur.
Bu barədə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.
Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3252 hektardır. Bu bağların 1805 hektarı barverəndir. Builki mövsümdə fındıq bağlarından min tonadək məhsul gözlənilir. Ötən il isə bağlardan 903 ton fındıq tədarük olunub.
Qurumun rəsmisi bildirib ki, rayonun təsərrüfatlarında tütün yığımı da mütəşəkkil şəkildə davam edir. Oğuzlu fermerlər bu günədək sahələrdən 1021 ton yaşıl tütün kütləsi yığaraq emal məntəqəsinə təhvil veriblər. Eyni zamanda, fermerlər indiyədək yetişdirdikləri tütün sortlarından 114 ton quru tütün istehsal ediblər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
4 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
4 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb




















