"Yüksək Texnologiyalar Parkı" yarım milyondan çox zərərdə
"Yüksək Texnologiyalar Parkı" MMC 2017-ci ili 529 min 793 manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə MMC-nin zərəri 983 min 492 manat təşkil etmişdi.
"Marja" MMC-nin illik hesabatına istinadən xəbər verir ki, "Yüksək Texnologiyalar Parkı"nın ötən il cəmi gəlirləri 2016-cı illə müqayisədə 3,6% artaraq 71 min 38 manat təşkil edib. MMC 2016-cı ildə 68 min 547 manat cəmi gəlir əldə etmişdi.
Ötən il ümumi və inzibati xərclər 600 min 831 manat təşkil edib. 2016-cı ildə bu rəqəm 1 milyon 52 min manat olmuşdu. Xərclər azaldığından MMC-nin zərəri də 983 min 492 manatdan 529 milyon 793 min maata düşüb.
Ötən ilin zərər ilə birlikdə MMC-nin yığılmış zərəri 4 milyon 82 min manata çatıb.
AKTİVLƏRİ AZALIB
2017-ci ilin sonunda "Yüksək Texnologiyalar Parkı" MMC 7 milyon 570 min manat cəmi aktivlərə, 594 min 863 manat cəmi öhdəliklərə və 6 milyon 975 min 148 manat cəmi kapitala malik olub.
MMC 2016-cı ilin sonunda 7 milyon 668 min 185 manat cəmi aktivlərə, 655 min manat cəmi öhdəliklərə və 7 milyon 13 min 179 manat cəmi kapitala malik idi.
"Yüksək Texnologiyalar Parkı" 11 milyon manat büdcədən vəsait almasına və 50 min manat nizamnamə kapitalına malik olsa da, yığılmış 4 milyon 82 min manat zərər bu vəsaitn bir hissəsini silib və nəticədə cəmi kapital 6 milyon 975 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
- 22 d. əvvəl
- 38 d. əvvəl
-
39 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
50 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
















.jpg)






