"Yazılanlar böhtandır" - DÖVLƏT KOMİTƏSİ TƏCİLİ AÇIQLAMA YAYDI
Əmlak Məsələləri Dövlət Komitəsi, “Ayaz Mütəllimov İlham Əliyevə müraciət etdi: Foyemi əlimdən alırlar” başlıqlı yazı ilə bağlı təcili məlumat yayıb.
Komitədən "Marja"ya daxil olmuş açıqlamada deyilir:
-Son günlər saytlarda yer almış “Ayaz Mütəllimov İlham Əliyevə müraciət etdi: Foyemi əlimdən alırlar” başlıqlı yazıda heç bir araşdırma aparmadan, aidiyyəti qurumlarla əlaqə saxlamadan və məsələ ilə bağlı məlumat almadan yanlış və həqiqətə uyğun olmayan məlumatlar öz əksini tapmışdır. Belə ki, yazıda Bakı şəhəri Qurban Xəlilov, 5 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinlərinin ümumi istifadədə olan foyesinin sənədləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi kimi məlumatlar yerləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, qeyd edilən yazılar hazırlanarkən komitədən heç bir məlumat alınmamış və münasibət öyrənilməmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsi məsələ ilə bağlı aşağıdakıları bildirir:
Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsi 5 ünvanında yerləşən, ümumi sahəsi 9736.6 kv.m olan 16 mərtəbəli bina üzərində “Turanlılar KO” LTD şirkətinin mülkiyyət hüququ qeydiyyata alınaraq, onun adına 26 noyabr 1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.
Binanın 9308 kv.m hissəsi 4 avqust 2000-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında “Turanlılar KO” LTD şirkəti tərəfindən tam xarici investisiyalı “Tapet Oil Gas Co LTD” Məhdud Məsuliyyətli Müəssisəyə satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında “Tapet Oil Gas Co LTD” MMM-nin mülkiyyət hüququ qeydiyyata alınmış və 6 sentyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir.
Binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri müxtəlif vaxtlarda “Tapet Oil Gas Co LTD” MMM tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır.
Sonradan “Tapet Oil Gas Co LTD” MMM satılmış mənzillər və qeyri-yaşayış sahələri çıxılmaq şərti ilə binanın yerdə qalan hissəsinə öz adına dövlət reyestrindən çıxarışın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir.
Hüquqi şəxsin həmin müraciətə əlavə etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq, binanın ümumi istifadədə olan 144.3 kv.m hissəsi (dəhliz, lift, pilləkən qəfəsi) istisna olmaqla, yerdə qalan 189.8 kv.m üzərində “Tapet Oil Gas Co LTD” MMM-nin mülkiyyət hüququ 4 oktyabr 2016-cı il tarixli, 1116066723 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasportla rəsmiləşdirilmişdir.
Qeyd edilməlidir ki, çoxmənzilli binaların ümumi istifadədə olan hissələrinin sənədləşdirilməməsi ilə bağlı məsələ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən nəzarətdə saxlanılır.
Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, qeyd edilən yazılar bəzi qərəzli şəxslərin məqsədyönlü şəkildə komitənin hüquqi fəaliyyətinə kölgə salmaq məqsədini daşıyır. Belə böhtan xarakterli məqalələr təxribatçılıq yaratmaq, komitənin iş fəaliyyətini pozmaq, komitə haqqında mənfi ictimai rəy yaratmaq məqsədi daşıyır. Qeyd edilməsi vacibdir ki, belə məqalələrdə iddia olunan “faktlar” araşdırılmadan yayılmış və komitənin münasibəti öyrənilməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
9 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 saat sonra
-
-
7 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
7 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
7 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
8 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
8 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb




















