Proqnoz: Dollar gələn həftədən yenidən düşə bilər
Azərbaycanın kommersiya banklarında son günlər ABŞ dollarının nağd məzənnəsinin artması müşahidə olunur.
Əgər ötən həftənin son iş günündə nağd dolları 1,73 manata almaq olurdusa, bu gün banklar dolları ən yaxşı halda 1,78-ə satır.
Qeyd edək ki, bu gün, fevralın 14-də Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərracında dolların rəsmi məzənnəsi 1,7296 manat səviyyəsinə qədər geriləsə də, banklarda dolların satışı məhdudlaşdırılmaqla bərabər məzənnəsi artıb.
Bir qrub analitiklər hesab edir ki, nağd dolların bir qədər bahalaşması səbəbi son iki həftə ərzində dollar aktivlərini orta hesabla 1,85 AZN/USD qiyməti ilə manata konvertasiya edən əhalinin yenidən alıcı kimi bazara üz tutması ilə bağlıdır: "Bu prosesin yaxın bir həftə ərzində bitməsi və gələn həftədən dolların məzənnəsinin kommersiya banklarında yenidən düşməsi proqnozlaşdırılır. Həmçinin, banklar da dolların qiymətindəki volatillikdən səmərəli istifadə edir. Əsas fəaliyyət gəlirlərindən məhrum olan banklar çıxış yolunu valyuta mübadilə əməliyyatlarında axtarır".
Analitiklər yaxın perspektivdə rəsmi məzənnənin 1,65 AZN/USD, nağd məzənnənin isə 1,60 AZN/USD səviyyəsinə qədər azalacağını proqnozlaşdırırlar: "Neft qiymətlərinin yüksək səviyyədə qalması, hətta 65 dollar/barelə qədər yüksəlmə ehtimalı, habelə Azərbaycanda manat kütləsi və əhalinin real gəlirlərinin azalması dollara tələbatı aşağı salmaqda davam edəcək".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 27 d. əvvəl
-
-
43 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)










.jpg)






