“STAR” zavodunun ildə 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir"
“SOCAR-la “Rosneft” arasında bu yaxınlarda imzalanmış müqaviləyə əsasən, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində “STAR” zavodunun 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir".
Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Xalq qəzeti" nəşrində dərc olunan məqaləsində deyilir.
"Azərbaycanın Türkiyədəki ən böyük aktivi olan “Petkim” kimya kompleksi özəlləşdirilərək şirkətimizin idarəçiliyinə keçən dövrdən rentabelliyini xeyli artırıb. Müəssisənin 2017-ci ildə əldə etdiyi xalis mənfəət ötən ilə nisbətən iki dəfəyə yaxın artaraq, 1,4 milyard türk lirəsi təşkil edib. Bu sənaye nəhənginin vaxtaşırı təkmilləşdirilməsi istiqamətində icra olunan investisiya proqramları hesabına müəssisənin Türkiyə neft-kimya məhsulları bazarındakı payının artırılması hədəflənir və işlərin gedişi göstərir ki, SOCAR-ın bu hədəfə tezliklə çatması tamamilə realdır. "Petkim”in xammala olan tələbatını yaxşılaşdırmaq və Türkiyə bazarında yanacaq məhsulları idxalını məhdudlaşdırmaq məqsədi ilə 2012-ci ildən İzmirin Əliağa bölgəsində tikintisinə başladığımız illik emal gücü 10 milyon ton xam neft olan “STAR” Neft Emalı Zavodunun inşası da yekunlaşmaq üzrədir", - deyə SOCAR prezidenti söyləyib.
O bildirib ki, bu zavodun tikilib istifadəyə verilməsi ilə Aralıq dənizi bazarında SOCAR-ın mövqeləri xeyli möhkəmlənəcək:
"Zavodun müxtəlif markalı neftlər, əsasən “Ural”, "Azeri Light” və "Kərkük" neft növlərini emal edə bilməsi qarşıya qoyduğumuz hədəflərdəndir. 76 çəni (rezervuarı) olan “STAR” zavodunun ümumi anbar həcmi 1.640.000 kubmetr təşkil edəcək. Yaxın müddətdə fəaliyyətə başlaması planlaşdırılan zavodda sınaq-sazlama işlərinin həyata keçirilməsi üçün avqust ayının əvvəllərindən emal üçün 80 min ton "Azeri Light" markalı Azərbaycan nefti ayrılıb".
"SOCAR-la “Rosneft” arasında bu yaxınlarda imzalanmış müqaviləyə əsasən, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində “STAR” zavodunun 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir. Kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün əlavə təminat yaradacaq. “STAR” ilk növbədə “Petkim”i xammalla (yüngül və ağır nafta) təmin etmək məqsədi daşıyır. Zavod istismara veriləndən sonra bir çox məhsulların istehsalı üçün əhəmiyyətli xammal əldə olunacaq ki, bu da “Petkim”in iqtisadi səmərəliliyini daha da artıracaqdır. Qeyd etmək lazımdır ki, SOCAR-ın idarəçiliyində olduğu son 10 ildə bu neft-kimya kompleksinə 800 milyon ABŞ dolları civarında, “STAR” Neft Emalı Zavoduna 5,1 milyard ABŞ dolları investisiya yatırılmış və yüksək əmək məhsuldarlığına nail olunub", - deyə R.Abdullayev əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul















.jpg)




