"Fermer əlavə 75 manat qazanacaq"
Son illər aqrar iqtisadiyyatın strateji sahəsinə çevrilmiş pambıqçılığa dövlət səviyyəsində çoxşaxəli dəstəyin verilməsi regionlarda bu sahəyə marağın artmasına səbəb olub. Əgər 2015-cı ildə ölkə üzrə 18 min 864 hektar pambıq əkilmişdisə, 2016-cı ildə əkin sahəsi 51 min 369 hektara, ötən il isə 136 min 413 hektara çatıb. Cari ilin göstəriciləri də sahələrin azalmadığını deməyə əsas verir. Göründüyü kimi, əkin sahəsi 3 il ərzində 7,3 dəfə artıb və bu ildən pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması bu prosesə daha da stimul verəcək.
Bu sözləri “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndəsi, ekspert Nicat Nəsirli deyib.
Ekspert qeyd edib ki, dövlət başçısı səviyyəsində pambıqçılığa göstərilən bu dövlət dəstəyi, ilk növbədə, fermerlərin gəlirlərini artıracaq, onların sosial rifahını yaxşılaşdıracaq: “Nəzərə alsaq ki, hazırda pambıq sahələrində əldə olunan məhsuldarlıq hektardan 15,3 sentner təşkil edir, deməli, fermer hər hektarda əkdiyi “ağ qızıl”a görə əlavə olaraq 75 manat qazanacaq. Bunu faizlə ifadə etsək, fermerlərin gəlirləri indiki halda I növ üçün 8,3 faiz, II növ üçün 8,6 faiz, III növ üçün 9,2 faiz, IV növ üçün isə 10 faiz artacaq”.
Pambıqçılığın inkişafı gələcəkdə digər sahələrin inkişafına da təsirsiz ötüşməyəcək. Bu barədə danışan ekspert qeyd edib ki, pambıq emal prosesi tələb edən texniki bitki olduğu üçün iri müasir emal müəssisələrinin yaranması dəstəklənəcək. Hazırda bir sıra regionlarda tekstil istehsalı müəssisələri qurulur. Nəticədə yerli bazar öz məhsullarımızla təmin olunacaq, yeni iş yerləri açılacaq.
“Lakin pambıqçılığı daha da inkişaf etdirmək üçün mövcud problemlər həllini tapmalıdır. Pambıqçılıq sahəsində ixtisaslı kadr hazırlığı təmin olunmalı, tezyetişən, rayonlaşdırılmış toxum fondu yaradılmalı, müasir suvarma texnologiyaları tətbiq edilməli, mexanikləşdirmə genişləndirilərək əl əməyi məhdudlaşdırılmalı, pambığın becərilməsi üçün lazım olan pestisid və digər zəhərli dərmanların sınaq-analizi üçün müasir laboratoriyalar yaradılmalıdır. Bu tədbirlər reallaşarsa, ölkəmizdə pambıqçılığı dünya standartları səviyyəsinə qaldırmaq mümkün olacaq”, - deyə Nicat Nəsirli bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
4 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
4 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb





















