Naxçıvanda keyfiyyətli yol üçün zavod kompleksi istifadəyə verildi
Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib.
"Marja" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, yollarda işlərin keyfiyyətlə aparılması üçün müasir asfalt-beton zavodun qurulmasına ehtiyac yaranmışdı. Çünki əvvəlki illərdə quraşdırılmış zavod öz istismar müddətini başa vurduğundan keyfiyyətli asfalt istehsal olunmurdu. Lakin yeni asfalt-beton zavodun qurulması muxtar respublikada bundan sonra da keyfiyyətli yolların çəkilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri asfalt-beton zavod kompleksinin qurulmasında göstərdikləri köməkliyə görə qardaş Türkiyə Respublikasının “Texno Asfalt” və “Aymak” şirkətlərinin nümayəndələrinə təşəkkürünü bildirib, kollektivə işlərində uğurlar arzulayıb.
Ali Məclisin Sədri idarəetmə otağında zavodu işə salıb.
Məlumat verilib ki, 3 hektar sahəni əhatə edən zavodda Almaniya istehsalı avadanlıqlar quraşdırılıb. İstehsal müəssisəsi asfalt istehsalı sahəsindən və qum-çınqıl karxanasından ibarətdir. Avtomatik idarə olunan zavodda istehsal olunan məhsullar öz keyfiyyəti ilə seçilir. Zavodda enerji sərfiyyatı istehsal olunan asfaltın miqdarına uyğun tənzimlənir və əlavə enerji itkisinə yol verilmir. “Benninghoven” markalı yeni asfalt-beton zavod saatda 240 ton asfalt-beton, ölçüsü 25 millimetrədək olan 5 növdə 210-230 ton fraksiya istehsal etmək gücünə malikdir. Daşqırıcının istehsal gücü saatda 100-110 tondur. Zavodda tutumu 300 ton olan bitum ehtiyatı anbarı yaradılıb, hər birinin tutumu 50 ton olan 6 bitum çəni quraşdırılıb. 4 bitum çəninin quraşdırılması və əlavə 200 tonluq anbarın yaradılması istiqamətində isə işlər davam etdirilir.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında bağlanmış Qrant müqaviləsinə əsasən alınmış Çin istehsalı 1 “DONGFENG” markalı özüboşaldan yük maşını, 1 “XCMGXC-760K” markalı kiçikhəcimli yükləyici və Belarus istehsalı 1 “AMKODOR-342B” markalı irihəcmli yükləyici Naxçıvan Muxtar Respublikasının Avtomobil Yolları Dövlət Agentliyinə verilib.
Ali Məclisin Sədri texnikaların açarlarını təqdim edib.
Zavodun həyətində ehtiyat hissələri üçün anbar və yardımçı bina tikilib, avtomobil dayanacağı istifadəyə verilib. Yardımçı binada mətbəx-yeməkxana, çilingər və digər xidməti otaqlar vardır.
Zavodun kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib: Burada rahat və sağlam iş şəraiti yaradılmışdır. Kollektiv yeni avadanlıqlardan istifadə qaydalarını öyrənməli, onlara vaxtında texniki qulluq göstərməli və keyfiyyətli məhsul istehsalına nail olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
6 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)










.jpg)
