Gömrük: Poçt idarələri qeyri-qanuni mobil telefon idxalına şərait yaradır
"“iPhone X”in nə olduğunu bilməyənlərin adına ölkəyə telefon daşınır"
“Azərbaycanda bəzi hallarda yerli poçt idarələri işbazların ölkəyə qeyri-qanuni yollarla mobil telefon idxal etməsinə şərait yaradırlar”.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Fikrət Ələsgərli Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi “Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.
Onun sözlərinə görə, bu işbazlar bəzən hətta vətəndaşlardan xəbərsiz onların şəxsiyyət vəsiqələrnin nüsxələrini və yaxud insanların şəxsi məlumatlarını əldə edərək qanunsuz yollara əl atırlar: “Onlar anlamır ki, bu yolla ölkə iqtisadiyyatına ziyan vururlar və dövlət büdcəsinə köçürmələrin qarısını alırlar. Üstəlik qeyri-qanuni mobil telefon idxalı ilə bu sahədə fəaliyyət göstərən şirkətlər müflis olurlar.”
F. Ələsgərli deyib ki, bu kim hallar yalnız mobil telefonlara aid deyil: “Bu gün mobil telefona ölkədə böyük tələbat var. Bunun qarşısını alacağıq, bu işbazlar qeyri-qanuni televizor idxalına başlayacaq. Qeyri-qanuni televizor idxalının qarşısı alınacaq, bu işbazlar qeyri-qanuni soyuducu idxalına başlayacaqlar. Onlar üçün malın önəmi yoxdur. Bu hal Azərbaycanın bütün coğrafi rayonlarını əhatə edir. 4 ay ərzində Gədəbəyin Şınıx kəndindən olan bir qadının adına 4 ədəd “iPhone X” telefonu gətirilib. Mən əminəm ki, bu qadının həmin telefonlardan heç xəbəri yoxdur və o, heç “iPhone X”in nə olduğunu bilmir”.
DGK rəsmisi qeyri-qanuni idxalın qarşısını alımaq, işbazların fəaliyyətinə son qoymaq üçün mətbuatın bu sahədə daha fəal olmasını və ictimaiyyəti maarifləndirməsini xahiş edib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
45 d. əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Ən çox oxunanlar
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb

















.jpg)

.jpg)


