"Azərsun Holdinq"ə daxil olan bankın vəziyyəti məlum oldu
“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2018-ci ilin 9 ayını 4 milyon 705 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd dək ki, Bank ötən ilin eyni dövründə 4 milyon 619 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti cüzi (1,9%) artıb.
“Marja” Bankı maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə "Azərbaycan Sənaye Bankı"nın cəmi gəlirləri 23 milyon 445 min manat, o cümlədən faiz gəlirləri 18 milyon 501 min manat, qeyri-faiz gəlirləri 4 milyon 943 min manat təşkil edib.
GƏLİRİ AZALIB, XƏRCİ ARTIB
Cari ilin 9 ayı ərzində Bank 23 milyon 445 min manat cəmi gəliri əldə etmək üçün 18 milyon 366 min manat xərc çəkib. Nəticədə, Bankın 5 milyon 79 min manat əməliyyat mənfəəti yaranıb.
2017-ci il 9 ayında ASB 24 milyon 200 min manat cəmi gəliri (17 milyon 920 min manatı faiz, 6 milyon 280 min manatı qeyri-faiz) əldə etmək üçün 17 milyon 621 min manat xərc çəkmişdi. Nəticədə, ASB-nin əməliyyat mənfəəti 6 milyon 579 min manat təşkil etmişdi.
2017-ci ilin 9 ayı ərzində ASB 6 milyon 579 min manat əməliyyat mənfəətinin 760 min manatını ehtimal olunan kredit və depozit itikiləri üçün yaradılan ehtiyata ayırmışdı. Cari ilin 9 ayında isə ehtiyatlardan 761 min manatı azad olaraq emənfəətə əlavə edilib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR AZALIB
30 Sentyabr 2018-ci il tarixinə ASB-nin aktivləri 1 milyard 7 milyon manat təşkil edib. Bank. 31 Dekabr 2017-ci il tarixində 945 milyon manat, 30 İyun 2018-ci il tarixində isə 1 milyard 19 milyon manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonu ilə müqayisədə Bankın müştərilərə verdiyi kreditlər 298 milyon 857 min manatdan 287 milyon manata geriləyib.
MƏCMU KAPİTALI AZALIB
30 Sentyabr 2018-ci il tarixində ASB 66 milyon 265 min manat məcmu kapitala malik olub. Bank 31 Dekabr 2017-ci il tarixində 78 milyon 180 min manat məcmu kapitala malik idi. Məcmu kapitalın azalmasının səbəbi məcmu kapitaldan tutulmaların 5 milyon 790 min manatdan 23 milyon 399 min manata yüksəlməsidir.
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC –yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
- 15 d. əvvəl
- 19 d. əvvəl
-
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Ən çox oxunanlar
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı























