Əmlakın qeydiyyatında daha bir yenilik – İş Yerində Qeydiyyat
Azərbaycan Respublikası Prezidentinin dövlət qurumları tərəfindən əhaliyə göstərilən daha rahat, operativ, şəffaf şəkildə təqdim olunması barədə tapşırıqlarının icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi bir sıra tədbirlər həyata keçirir.
Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi əhaliyə göstərilən ictimai xidmətlərdə, o cümlədən daşınmaz əmlakın qeydiyyatında innovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması və sosial yönümlülüyün gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. İnsanlara göstərilən xidmətlərin sadələşdirilməsi və əlçatanlığın təmin olunmasında mühüm rol oynayan, paytaxtla yanaşı respublikanın müxtəlif regionlarında keçirilən “Kütləvi Çıxarış” kompaniyasının keçirilməsində komitə tərəfindən daha bir yeniliyə imza atılıb.
Artıq bu kampaniya çərçivəsində əhaliyə bir başa onların iş yerlərində də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstəriləcəkdir. Belə ki, bundan sonra kütləvi çıxarış kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə onların işçiləri üçün də keçiriləcəkdir.
İlk belə kampaniya 17 fevral tarixində İmişli rayonunda yerləşən, çoxsaylı əmək kollektivi olan İmişli Şəkər zavodunun işçiləri üçün keçirilib. Qeyd edək ki, zavodda rayonun müxtəlif kənd və qəsəbələrindən həmçinin ətraf rayonlardan olan işçilər çalışırlar. Kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıblar. Kampaniya İmişli Şəkər zavodu işçilərinə vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb.
Komitənin əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə 50-ə yaxın zavod işçisinə əmlaklarına dair hazır çıxarışlar birbaşa İmişli Şəkər zavodunda təqdim edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. 70-ə yaxın zavod işçisi isə ilkin mərhələdə çıxarışla əvəz olunması üçün lazımi sənədləri komitənin əməkdaşlarına təqdim ediblər. Onlara çıxarışların hazır olacağı tarix və birbaşa ünvana gətiriləcəyi bildirilib.
Xatırladaq ki, kampaniya sosial xarakter daşıdığı üçün zavod işçiləri tərəfindən xidmət haqqı və dövlət rüsumu istisna olmaqla heç bir əlavə ödəniş edilməyib. Vətəndaşlar həmçinin komitənin keçən ay istifadəyə verdiyi innovativ tətbiqetmə olan “Əmlakın qeydiyyatı kalkulyatoru” (http://www.emdk.gov.az/calculator/index.html) vasitəsilə əlavə vaxt itkisi olmadan elektron qaydada dövlət rüsumu və xidmət haqqını əvvəlcədən öyrənə biliblər.
Kampaniya zamanı vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı onları maraqlandıran sualları cavablandırılıb, hüquqi yardım göstərilib. İmişli Şəkər zavodunun işçiləri prosesin belə rahat və sürətli olmasından, birbaşa iş yerlərində keçirilməsindən məmnunluqlarını ifadə ediblər.
Mütəmadi olaraq respublikanın müxtəlif şəhər və rayonlar, kənd və qəsəbələri, habelə əhalinin birbaşa ünvanları ilə yanaşı iş yerlərində də təşkil olunan “Kütləvi çıxarış” kampaniyaları vətəndaşlarımıza öz əmlaklarını maksimum rahat şəkildə, vaxt itirmədən və ödənişi əvvəlcədən öyrənməklə əlverişli şəkildə qeydiyyatdan keçirməyə imkan yaradır. Bütün bu sosial və innovativ tədbirlər qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır. Belə addımlar vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnir. Komitə əhalini bu yeniliklərdən faydalanmağa və yaradılan əlverişli şəraitdən istifadə etməklə əmlaklarını sənədləşdirməyə dəvət edir.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
31 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
5 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
5 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb





















