Türkiyə şirkəti sadə və ucuz telefonunu satışa çıxarır
Türkiyənin cib telefonu və planşet istehsalçısı "Reeder", ilk klavişli cib telefonu olan "F1"i bazara çıxarır. Telefonun ixracı da nəzərdə tutulur.
"Marja" xəbər verir ki, "Reeder" İdarə Heyətinin sədri Uygar Saral verdiyi açıqlamada, Samsundakı zavodda istehsal olunan ilk sadə telefon olan "F1"in İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatının (BTK) razılığından sonra satışına başlandığını bildirib..
"F1" klavişli telefon tələbatının ödənilməsi məqsədilə istehsal olunur. Xüsusən, yaşlı, uşaq və şirkətlər alıcılar olaraq hədəflənir. Telefonun yerlilik nisbəti 60%-dən yüksəkdir.
Təxminən 10 gün enerji saxlayan telefondan ilk fazada bazara 10 min ədəd çıxarılacaq.
Uygar Saral, "Samsunda qurduğumuz zavodumuzda istehsal etdiyimiz ilk telefon olması münasibətilə "F1" modelimiz bizim üçün mühümdür. Bu istehsal, personalın etibar qazanması baxımından da əhəmiyyət daşıyır. Sadə və asan istifadə imkanı verən telefonun rəngli ekranı, kamerası və internet əlaqəsi kimi əsas xüsusiyyətləri var",- deyib.
Saral bir həftəyə qədər telefonun satışına başlanacağını qeyd edərək, "F1"-in daxili bazardan sonra Rumıniya, Afrika və Dubayda satışa təqdim edilməsi üçün işlərimizi davam etdiririk", -ifadəsini istifadə edib.
Kamera, bluetooth, Mp3-Mp4, danışıq səsyazanı, 16 gigabaytlık mikro SD dəstəyi, GPRS kimi xüsusiyyətləri olan "F1"in qiymətinin 449 və 499 lirə (təxminən 140 və 155 manat) olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
6 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
6 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
7 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























