Həmyerlimiz islam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq
(®) 14-15 noyabr 2018-ci il tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 28-ci iclası keçirilmişdir.
İclasda Azərbaycandan İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin ilk xanım üzvü və İstanbulda keçiriləcək növbəti İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının üzvü - Könül Nurullayeva iştirak etmişdir.
İHİF-nın “ Qadın və İdman” Komitəsinin rəhbəri - Könül Nurullayeva öz çııxışında gender bərabərliyi ilə bağlı aktual məsələlərə toxunmuş, bu istiqamətdə araşdırmalar aparıb ciddi addımlar atmağın vacibliyini qeyd etmişdir.
Könül xanım “İdmanda qadın siyasətinin həyata keçirilməsində gender məsələləri üzrə islam dövlətlərinin məsul şəxsləri üçün təlim” ilə yanaşı daha iki layihəni İcraiyyə Komitəsinə təqdim etmişdir. İcraiyyə Komitəsi layihələri dəyərləndirib 2019-cu ildə icrası ilə bağlı razılıq vermişdir.
Eyni zamanda tədbir zamanı Banqladeşda keçirilən İHİF-nın 2-ci Kamandan Oxatma, cari ilin iyul ayında Bakı şəhərində keçirilən 2-ci Tennis çempionatının hesabatları, İstanbul şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarının hazırlıq mərhələsi, 2019-cu ildən etibarən Səudiyyə Ərəbistanda təşkil olunacaq Gənclərin 1-ci İslam Həmrəyliyi Oyunlarının hazırlıq hesabatı, Milli Olimpiya Komitələri arasında imzalanacaq Anlaşma Memorandumları və s. mövzular müzakirə olunmuşdur.
Nəzərinizə çatdırmaq istərdik ki, 2017-ci ilin may ayında Azərbaycan 57 islam dövlətini özündə birləşdirən, Beynəlxalq Olimpiya Komitəsindən sonra ikinci böyük təşkilat hesab edilən İslam Həmrəylik İdman Federasiyasının 4 ildən bir keçirilən oyunlarına ev sahibliyi etmişdir. Qeyd edək ki, Könül Nurullayeva - Bakıda keçirilən İslam Həmrəylik Oyunları zamanı Milli Olimpiya Komitələri ilə Əlaqələr şöbəsinə rəhbərlik etmişdir və 2013-cü ildən etibarən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin yeganə xanım üzvüdür. Ölkəmizin nümayəndəsinin bu mötəbər qurumda təmsil olunması bizim üçün xoş və qururvericidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)


