“Embafinans” istiqrazlarının təkrar bazarda alqı-satqısı başladı
Təkrar bazarda “Embafinans” istiqrazlarının artıq 25%-i satılıb
"Embafinans" bank olmayan kredit təşkilatının buraxdığı gəliri illik 10,5% olan istiqrazlarının təkrar bazarda alqı-satqısı üzrə ilk əqd bağlanılıb.
Bu barədə "Marja"ya "AzFinance" İnvestisiya Şirkətindən bildirilib.
“Nominal dəyəri 1000 manat olan 500 istiqraz 1014,63 manatdan satılıb. Beləliklə, əqdin ümumi dəyəri 507,3 min manat təşkil edib. Göstərilən qiymətlə alınan istiqrazlardan investor 9% gəlir əldə edəcək. Bu o deməkdir ki, kapital bazarında investorlar bu istiqrazlara yüksək dəyər verirlər”, - şirkətin məlumatında deyilir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Qeyd edək ki, "Embafinans" istiqrazlarının yerləşdirilməsi üzrə hərrac Bakı Fond Birjasında 8 oktyabr tarixində keçirilib. 2 milyon manat həcmində, 1 il tədavül müddəti olan istiqrazlar yerləşdirib. Yerləşdirmə üzrə anderrayter "AzFinance" İnvestisiya Şirkətidir. Təkrar bazarda istiqrazları istənilən şəxs "AzFinance" İnvestisiya Şirkətinə müraciət etməklə ala bilər. "AzFinance" istiqrazları fiziki şəxslərə 10,5% gəlirliklə təklif edir.
Bu istiqrazların sahibləri hər ayın 8-i faiz ödənişi əldə edirlər və bu gəlirdən heç bir vergi və əlavə xərcləri olmur. İstiqrazları istənilən zaman satıb gəlirləri ilə birlikdə vəsaitləri geri götürmək mümükündür. "AzFinance" İnvestisiya Şirkəti müştərilərin istiqrazları sata biləcəyi qiyməti təyin edir və bu qiymətlə istiqrazların satışına təminat verir. İstiqrazları tədavül müddəti 08 oktyabr 2019 il tarixində başa çatır və bu tarixdə istiqrazlara investisiya edilən əsas məbləğ geri qaytarılacaq və bundan əlavə hər ay faiz ödənişi ediləcək. İlk kupon ödənişini artıq edilib.
İstiqrazları almaq üçün “AzFinance” İnvestisiya Şirkətinə yaxınlaşmaq lazımdır. Proses çox sadədir. Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra, müqavilə bağlanılır və vəsait müştərinin istədiyi banka yerləşdirilir, sonra isə "AzFinance" və ya Milli Depozit Mərkəzinə köçürülür. İstiqrazlar bir iş günü ərzində alınır və müştəriyə istiqrazların sahibi olduğu barədə sənəd təqdim edilir.
“Embafinans” 2012-ci ildən fəaliyyət göstərir və bu illər ərzində 150 mindən çox müştəriyə 160 milyona yaxın kredit verib. Nizamnamə kapitalı 10 milyon manatdır. Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi cəmi 4,5%-dir. Effektivliyinə (mənfəət/kapital nisbətinə) və kredit portfelinin problemsizliyinə görə ilk 5 bankla müqayisə ediləcək səviyyədədir. Embafinans son 3 ili mənfəətlə fəaliyyət göstərib. 2018-ci ilin 3 rübünün nəticəsinə görə Embafinans 1,5 mln manat mənfəət əldə edib.
Qeyd edək ki, “Embafinans” mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını əsasən də mebel şirkətlərinin məhsullarını kreditləşdirir. Embafinansın hazırda 2-si Bakıda, 4-ü isə regionlarda olmaqla 6 filialı var. Bununla yanaşı Embafinans kreditlərin elektron satışı istiqamətində də böyük nailiyyətlər əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
14 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
15 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
15 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
15 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar




















.jpg)

