Dövlət Xidməti və “Quba Ting" arasında "calaq" müqaviləsi
Azərbaycanda ilk dəfə olaraq laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdirilərək onlardan meyvə tingləri əldə olunacaq.
Bu barədə “Marja”ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Dəyər zənciri formasında qurulan istehsalçı-fermer tərəfdaşlığına Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti dəstək verir.
Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yaradılacaq dəyər zənciri Quba rayonunda fəaliyyət göstərəcək. Nəzərdə tutulan layihənin əsas məqsədi Azərbaycanda ətraf mühitin mənfi təsirlərinə və xəstəliklərə davamlı, intensiv və superintensiv bağçılığın tələblərinə cavab verən meyvə tingləri yetişdirmək və onlardan müasir bağlarının salınmasında istifadə edilməsini genişləndirməkdir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Laboratoriya şəraitində meyvə bitkilərinin calaqaltılarının becərmə texnologiyasını ölkəmizdə də tətbiq etməklə, yerli mühitin iqlim şəraitinə uyğun tinglər əldə edilməsinə nail olunacaq.
“Quba rayonunda innovativ üsulla meyvə tinglərinin istehsalı” layihəsinin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “Quba Ting" MMC arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, müəssisə laboratoriya şəraitində calağaltılar yetişdirəcək və bu calağaltılardan “Meyvə tingləri istehsalçıları” İctimai Birliyinə daxil olan fermerlərin təsərrüfatlarında calaq etməklə meyvə tingləri becəriləcək. Bununla yanaşı, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin xətti ilə dəyər zənciri iştirakçılarına calaqaltı istehsalı üçün laboratoriya və istixananın yaradılması, keyfiyyətli meyvə tingi istehsalı üçün yeni kənd təsərrüfatı texnikasının alınması da nəzərdə tutulub.
Yetişdiriləcək tinglər sahəsində ilkin mərhələdə 50 hektara yaxın meyvə bağınının salınmasında istifadə edilməsi gözlənilir. Eyni zamanda, əldə ediləcək tinglər Quba və ətraf rayon fermerlərinə satılmaqla dəyər zənciri həlqəsinin genişləndirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)

