Amerika fond indeksləri diqqət mərkəzində - GÜNƏ BAXIŞ
Beynəlxalq birjalarda fond indekslərinin yenidən bahalaşmaları, Amerika Mərkəzi Bankının faiz artımı fonunda gözləntiləri yenidən artırıb.
Beynəlxalq valyuta birjalarında son bir aydır Amerika və Avropa birjalarında ucuzlaşan fond indeksləri fonunda risklər investorların diqqət mərkəzində qalmaqdadır. Bu, son zamanlar Amerika Mərkəzi Bankının faiz artımı gözləntilərinin zəifləməsinə və beləliklə, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına təsir etmişdir.
Lakin çərşənbə günü fond indeksləri yenidən bahalaşmağa başlayıb və bahalaşma bu gün də davam edərsə, dolların aparıcı valyutalara nisbətən qiymətləri də 0.7% bahalaşmasına təsir edə bilər.
Amerikanın səhm indeksləri "S&P500" və Dou Consun (ing.: "Dow Jones") noyabr ayının ortalarından etibarən ucuzlaşmaları, dünya birjalarında ticarət aktivliyinin azalmasına səbəb olmuşdur. Belə ki, "S&P500" və Dou Consun müvafiq olaraq 2700 və 25074 punktu aşağı istiqamətdə qırmaları, sözügedən qiymətlərin daha da ucuzlaşa biləcəyi proqnozlarını gücləndirmişdir. Bundan sonra qiymətlər müvafiq olaraq 2631 və 24358 səviyyələrinə kimi ucuzlaşsa da çərşənbə günündən etibarən yenidən bahalaşmağa başlayıb.
Hal-hazırda "S&P500" indeksi 2851, Dou Cons indeksi isə 24500 punkta ticarət edilir. Təhlillərə əsasən, "S&P500" indeksi 2671 və Dou Cons indeksi 24661 punktu da yuxarı istiqamətdə qırarsa, bahalaşma daha da güclənə bilər.
EUR/USD məzənnəsi 1.14$-ın altında və USD/TRY məzənnəsi 5.32TL-yə ticarət edilməkdədir. Əmtəə bazarlarında isə Brentneftinin bir barel qiyməti 63$, qızılın bir unsiya üzrə qiyməti 1227$-a təklif edilməkdədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
28 d. əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
28 d. əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
-
- 31 d. əvvəl
-
44 d. əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
3 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Bakıda 2-ci “Popeyes” restoranı açılır






















