“Bu addımın digər rayonlar üçün də nümunə olacağına inanıram"
Sabirabad rayonunun Beşdəli və Yaxadəllək kəndlərində yaradılmış “Birlik” İstehsal Kooperativinin təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov, kooperativin üzvləri, media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Nazim İsmayılov Sabirabaddan başlayan kooperativləşmə prosesinin digər rayonlarda davam edəcəyinə ümidvar olduğunu deyib.
Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında bildirib ki, nazirlik ilk gündən kooperativlərin yaradılmasını dəstəkləyib: “Bu iş könüllülük əsasında həyata keçirilir, heç kimi kooperativ yaratmağa məcbur edə bilmərik. Lakin biz də Kənd Təsərrüfatı Nazirliyi olaraq kiçik pay torpağı olan vətəndaşların öz torpaqlarını birləşdirərək kooperativ yaratmasını həmişə dəstəkləmiş və təbliğ etmişik. Kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir və fermerlərin gəlirlərini daha da artırır. Bu üsul həmçinin rəqabət qabiliyyətli məhsul istehsalını, xarici bazarlara çıxışı asanlaşdırır. Digər tərəfdən fermerlər torpaq və əmlakı birləşdirməklə kooperativə iri investisiya layihələri cəlb edə, mövcud texnikadan daha səmərəli istifadə edə, daha uyğun şərtlərlə yeni, müasir texnika ala biləcəksiniz”.
Nazir Sabirabad rayonunda ilk kooperativin yaradılmasının təşəbbüskarlarını təbrik edib: “Bu addımın digər rayonlar üçün də uğurlu nümunə olacağına inanıram. Bu təşəbbüsü dəstəkləyirəm, mənə verilən məlumata görə, kooperativin 680 nəfər üzvü var. Bu gündən məni də bu kooperativin 681-ci üzvü saya bilərsiniz”.
Tədbirdə çıxış edən “Birlik” İstehsal Kooperativinin sədri Şamil Əliyev yeni yaradılan qurumda 680 vətəndaşın birləşdiyini deyib. Kooperativin ümumi sahəsi 850 hektar əkin sahəsini əhatə edir, bu isə orta hesabla adambaşına 1,25 hektar torpaq sahəsi deməkdir. Şamil Əliyev kooperativ üzvlərindən 380 nəfərin kişi, 300 nəfərin isə qadın olduğunu deyib. Onun sözlərinə görə, artıq ilk təşəbbüs beynəlxalq qurumların diqqətini cəlb edib və bu günlərdə İsraildən gəlmiş ekspertlər kooperativin əkin sahələrindən analiz üçün nümunələr götürüblər.
Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş pambıqçı Fatma Hüseynova çıxış edərək torpaqlardan səmərəli istifadənin, texniki bitkilərə düzgün aqrotexniki qulluğun vacibliyi barədə danışıb. O, kooperativin yaradılması təşəbbüsünü müsbət qiymətləndirib və bildirib ki, bu kimi təşəbbüslər ölkədə aqrar sahənin daha da inkişafına təkan verəcək.
Tədbirin sonunda Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov Sabirabad rayonu “Birlik” İstehsal Kooperativinin fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirib.
Kooperativ üzvləri tədbirdə çıxış edərək yeni yaradılan birliyin imkanları, perspektivləri barədə fikirlərini bölüşüblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
10 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
10 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ























.jpg)

