"Rusiyadan çayımızın hamısını almaq istədilər, şirkətimiz təklifdən imtina etdi"
Lənkəran çayı ən bahalı çay seqmentinə daxil olan məhsulunu xaricə iki min manata satır.
Bu barədə “Yaşıl çay” MMC-nin rəhbəri Araz Yaqubov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, şirkət 2006-cı ildə yaradılıb və 70 hektarda əkin aparılıb. Bunun 10 hektarında çay plantasiyası salınıb, digər ərazilərdə isə sitrus bitkiləri və taxıl becərilir. Regionda çayçılığın inkişafı üçün ciddi işlər görüldüyünü deyən fermer yığılan çay yarpaqlarının emal edilməsi üçün mini emal sexinin də fəaliyyət göstərdiyini bildirib.
“Çalışırıq ki, məhsulumuzu burada emal edib hazır məhsul halında bazara çıxaraq. Çayın satışına gəlincə, ilk növbədə Azərbaycan vətəndaşlarını orqanik çay məhsulları ilə təmin etməyi düşünürük, çünki daxili bazarda çaya tələbat yüksəkdir.
Biz 2012-ci ildə Kolxida çay sortunu əkmişik. Bu il hər hektardan ton yarım çay götürmüşük, plantasiyanın 12 yaşında isə hər hektardan 10 ton çay yığacağıq. Bu zaman ixrac istiqamətində daha ciddi düşünəcəyik”.
A.Yaqubov onu da vurğulayıb ki, Lənkəran çayının tərkibinin yüksək keyfiyyət göstəriciləri artıq çayın müştəri tapmasına səbəb olub. Belə ki, Rusiyanın ən böyük ticarət şəbəkələrindən biri istehsal edilən çayın hamısını almaq istədiyini bildirib, lakin şirkət təklifdən imtina edib.
“Çayçılıq haqqında dövlət proqramına uyğun olaraq, biz 2027-ci ildə artıq çay plantasiyasını 120 hektara çatdıracağıq. Hazırda yapon texnologiyası əsasında çay əkirik. Ailə üzvlərimizlə birlikdə 100 nəfərədək işçimiz var. Onlardan 70-i qadındır. Bilirsiniz ki, qadının işləməsi onun ailədə bərabərhüquqlu üzv olması deməkdir. Çay əmək tutumlu bir sahədir və burada ilin 12 ayı işləmək lazımdır”.
Çayın qiyməti ilə bağlı fermerin açıqladığı rəqəmlər isə daha böyük şok yaradıb. Təsərrüfat sahibi deyib ki, yerli bazara çıxarılan çayın kiloqramı 8 manatdan 100 manata qədər qalxır. Elə çay növləri də var ki, onun qiyməti daha bahadır.
“Bahalı çayı səhər saat 06:00-da günəş doğmamış, bir saat ərzində yığırıq və xüsusi texnologiya ilə hazırlayırıq. Bu çay çox məhdud miqdardadır və onun qiyməti 500 manatdan iki min manat arasında dəyişir. Bu çaylar Avropa bazarına çıxarılır”.
Lənkəran çayını ən baha alan isə ərəb ölkələridir. Çayın tərkibinin orqanik olması və keyfiyyətinin yüksək olduğunu analiz etdirəndən sonra ərəblər çaya müştəri çıxıblar.
Tezliklə, “Yaşıl çay” MMC-nin yaşıl çay istehsal etmısi də gözlənilir, çünki bunun üçün lazımi avadanlıq alınıb.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Oxu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)










.jpg)




