Azərbaycanlılar ən çox bu mağazalardan geyim alırlar
"Business Insight" araşdırmalar mərkəzi növbəti sorğusunun nəticələrini yayımlayıb.
Mərkəzin araşdıma barədə açıqlamasında qeyd olunur ki, seçmə çərçivəsi kimi 9 iqtisadi region və Bakı şəhərində 1208 respondent müəyyən edilmişdir. Sorğunun 1208 respondent arasında keçirilməsinin əsas səbəbi seçmə sayının bu cür sorğuların keçirilməsi üçün reprezentativliyə uyğun olmasıdır.
Təhlil üçün SPSS proqramında xüsusi proqram təminatı hazırlanmış və emal edilmişdir. Sorğu planşetlə telefon sorğusu formasında 2018-ci ilin iyun ayında keçirilib. Sorğu ev təsərrüfatında 18–65 yaşı tamam olan insanlar arasında keçirilmişdir. Araşdırma mərkəzi respondentlərə Geyiminizi hansı mağazalardan alırsınız? sualı ilə müraciət edib.
Beləliklə Azərbaycanda ən çox müştərisi olan geyim mağazaları bəlli olub. İnsanlar geyim ehtiyaclarını qarşılamaq üçün brend mağazalara az üstünlük verirlər.
Amma buna baxmayaraq "LC Waikiki" brend mağazalar arasında liderliyini qoruyur. Son 8 ayda "LC Waikiki"dən geyim alanların sayı artıb . Araşdırmaya görə, ilk 10 -luqda yer alan markaların sırasında ən yüksək artım "LC Waikiki"də qeydə alınıb .
Təhlillər göstərir ki, son 8 ayda geyim mağazalarının sıralamasında demək olar ki, dəyişiklik baş verməyib . Regionlarda ən çox qeyd edilən ikinci mağaza "De Facto"-dur (3,1 %). 19 % respondent qrafikdə göstərilməyən digər mağazaların adlarını qeyd edib (TM - Laçın, Diqlas, Lotos, Elite : De Facto, Mango, Romantic, Lady Sharm, Colins, Stradivarius və s) .
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
























