Keşlə sakini qidadan deyil, dəm qazından zəhərlənib - AÇIQLAMA
AQTA: bu cür məlumatlar yalnız aparılan araşdırmalara və laborator müayinələrin nəticələrinə əsaslanmalıdır
“Son günlər bir sıra kütləvi informasiya vasitələrində qida zəhərlənmələri ilə bağlı heç bir araşdırma aparmadan, aidiyyəti qurumlar tərəfindən aparılan laborartor müayinələrin nəticələrini gözləmədən yalnış məlumatların yayılması hallarına rast gəlinir ki, bu da son nəticədə insanlar arasında çaşqınlığın yaranmasına səbəb olur. Ötən həftə Şəki və Qazax rayonlarında insanların səhhətində yaranmış problemlərin yalnış olaraq qida zəhərlənməsi kimi təqdim edən bir sıra saytlar yenidən heç bir araşdırmanın nəticəsini gözləmədən Keşlə qəsəbəsində baş vermiş hadisənin qida zəhərlənməsi səbəbindən baş verdiyi haqında gerçəkliyi əks etdirməyən, reallıqdan uzaq məlumatlar yayırlar”.
“Marja” xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda deyilir.
Qida Təhlükəsizliyi Agentliyi həmin saytları bu cür məlumatları yayarkən diqqətli olmağa, yalnız rəsmi olaraq aparılan araşdrımalara və laborator müayinələrin nəticələrinə əsaslanmağa çağırır.
“Məlumat üçün bildiririk ki, 01.12.2018-ci il tarixində Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Agayev küçəsi ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənmə nəticəsində vəziyyətinin pisləşməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyininə məlumat daxil olmuşdur.
Bununla əlaqədər Agentliyin əməkdaşları tərəfindən Nizami rayon məhkəmə tibbi ekspertiza birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılmışdır.
Həmcinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilmişdir.
Aqentliyinin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzində aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunduğu məlum olmuşdur. İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürək bulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksiqen terapiya və medikamentoz müaliçə təyin edilmişdir. Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarı normadan artıq olması müəyyən edilmişdir.
Nəticə olaraq zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapmışdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)
