“İnvest-Az”ın dəstəyi ilə rəsm sərgisi keçirilib, qaliblər mükafatlandırılıb
4 dekabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) təşəbbüsü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, YARAT Müasir İncəsənət Məkanının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Respublika İncəsənət Gimnaziyasının və “İnvest-Az” İnvestisiya şirkətinin dəstəyi ilə “Müasir Azərbaycan“ mövzusunda rəsm sərgisi keçirilmiş və bu çərçivədə qaliblərin mükafatlandırma mərasimi baş tutmuşdur.
BFB-nin sosial məsuliyyətlilik layihəsi çərçivəsində keçirilən sərginin məqsədi istedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcədə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasından ibarətdir.
Müsabiqəyə daxil olan rəsm əsərləri peşəkar rəssamlar və sənətşünaslar tərəfindən qiymətləndirilmişdir. Ümumilikdə müsabiqədə Bakı şəhəri daxil olmaqla 11 rayondan istedadlı yeniyetmə və gənc rəssamlar iştirak etmiş və 150-ya yaxın əsər təqdim olunmuşdur. Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərə pul mükafatı və həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov artıq üçüncü ildir davam edən layihənin uğurlarından danışaraq, istedadlı gənclərin aşkar edilməsi, cəmiyyətə inteqrasiyası istiqamətindən keçirilən tədbirin vacibliyini qeyd edib. V.Namazov ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən yeniyetmə və gənclərin “Müasir Azərbaycan“ mövzusunda yaratdıqları rəsm əsərlərin fərqli bir forma və cəlbedici olmasının sevindirici hal olduğunu bildirərək iştirakçılara uğurlar arzu edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, dövlət tərəfindən gənclərin hərtərəfli inkişafına dəstək göstərildiyini və bu kimi tədbirlərin təşkil edilməsinin dövlətimizin gənclər siyasətinə vacib töhfəsi olduğunu bildirdi. A.Sofiyeva bu ilin sentyabr ayında start verilən layihədə xüsusi qayğıya ehtiyacı olan uşaqların əsərlərinin də yer almasının çox təqdirəlayiq hal olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin davamında çıxış edən İnvestaz investisiya şirkətinin rəhbəri Elşən Quliyev müsabiqə iştirakçıların gələcəkdə uğurlar arzu edərək onlara daima dəstək göstərməkdən məmnun olduğunu bildirib. Müsabiqəyə təqdim edilmiş rəsm əsərlərinin maraqla qarşıladığını və gənclər arasında vətənpərvərlik hissələrinin aşılanmasında əhəmiyyətli olduğunu qeyd edib.
“YARAT” Müasir İncəsənət Məkanının Bədii direktoru Suad Qarayeva Maleki öz çıxışında sərgiyə təqdim olun əsərlərin gənclərin inkişafında əhəmiyyətli rolundan danışıb. Suad xanım gənclərin kreativ düşüncələrinin önəmli olduğunu vurğulayaraq, YARAT təşkilatının təşkil etdiyi fərqli layihələrdə onların iştirak edib, daha da aktiv olmağa dəvət edib.
Münsiflər heyəti adından danışan xalq rəssamı Arif Əziz təqdim edilən əsərlərdə işləmə texnikası, müəlliflərin düşüncələri və qoyulan mövzuya uyğunluğu istiqamətində aparılan işlər barədə məlumat verib. A. Əziz mövzunun aktuallığı və müsabiqədə iştirakçı sayının çox olması səbəbindən münsiflər heyəti tərəfindən seçim turunun iki mərhələli keçirilməsi zəruriyyəti yaratdığını nəzərə çatdırıb.
Qaliblər mükafatlandırıldıqdan sonra tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət konsert proqramı ilə davam etdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
12 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı















.jpg)

.jpg)
