Dollar 1% ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri iqtisadi və siyasi risklərin artması ilə yenidən ucuzlaşmağa başlayıb.
Beynəlxalq valyuta birjalarında ABŞ-ın Çin ilə xarici ticarət münasibətləri fonunda gərgin müzakirələrin getdiyi bir vaxtda, xarici ticarət kəsirinin son səkkiz ayın maksimum səviyyəsinə çatması xəbərləri dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub.
Belə ki, Amerikanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, mənfi saldo 5-ci aydır arda arda artaraq 55.5 milyard dollara çatıb. İxrac 211.1 milyard dollar, idxal isə 266.5 milyard dollar olub.
Amerikanın fond bazarları da yenidən təzyiq altındadır. Sonuncu dəfə ABŞ ilə Çin arasında xarici ticarət əlaqələri fonunda müsbət razılığın əldə olunmasına baxmayaraq, çərşənbə günü Çinin texnologiya şirkəti "Huawei"-in maliyyə sədrinin Kanada polisi tərəfindən saxlanılması və ABŞ hökümətinin onlara təslim edilməsini tələb etməsi xəbərləri, sözügedən münasibətlər fonunda riskləri yenidən artırıb.
Amerikanın “S&P” (2621.3) və “Dow Jones” (24240) indeksləri müvafiq olaraq son bir ayın minimum səviyyələrinə kimi 7% ucuzlaşıb.
Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən orta qiyməti cari həftənin də minimum səviyyəsini aşağı istiqamətdə qırarsa, ucuzlaşma son bir ayın minimum səviyyəsinə kimi 1% davam edə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır və maliyyə bazarlarında dalğalanmanı daha da artıra bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























