Azərbaycanda daha bir sənaye müəssisəsi investisiya müsabiqəsinə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-nin səhmlərinin 99,29%-nin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 5 014 280 ədəd olmaqla ümumi nominal dəyəri 10 028 560 manatdır.
Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 3 175 100 manat təşkil edir. Müəssisənin dövlət büdcəsinə olan borcları 635 226 manat, əmək haqqı və ona bərabər tutulan borcları 190 224 manat, DSMF-yə olan borcları 1 314 851manat, mal, iş və xidmətlərə görə borcları 209 279 manat, sair borcları 825 520 manat, debitor borcları 296 917 manat təşkil edir.
İddiaçılar müəssisənin fəaliyyətinin bərpası və genişləndirilməsi üzrə mövcud tikili və qurğuların bərpası və ya yeni tikililərin inşası, istehsal olunan məhsulun çeşidinin artırılması, istehsal olunacaq məhsuldan asılı olaraq yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması (150-dən az olmayaraq), o cümlədən səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 120 gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5%-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəsi, dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təkliflərin verilməsi (2 800 000 manatdan və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə ekvivalentindən az olmamaq şərti ilə) məsələlərinin həllini özündə əks etdirən və investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə ümumi həcmi 8 000 000manatdan az olmayan İnvestisiya Proqramını təqdim etməlidirlər.
İddiaçı qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 500 000 manat məbləğində vəsaiti beh olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Mərkəzi Bankındakı depozit manat hesabına köçürülməlidir. Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ müvafiq şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaq.
İddiaçılar səhmdar cəmiyyətinin özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 12 fevral 2019-cu il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 815, tel.: 490 24 08 (əlavə 208 və 191).
İddiaçıların ərizə və təkliflərinin qəbulu 12 fevral 2019-cu il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək bu ünvanda aparılacaq: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 815.
Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 15 fevral 2019-cu il, saat 15:00-dan başlayaraq həyata keçiriləcək.
Xatırladaq ki, neft-mədən, kimya və xalq istehlakı mallarının istehsalı ilə məşğul olan səhmdar cəmiyyəti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi 5-də yerləşir. 1914-cü ildə istismara verilən müəssisənin nizamnamə kapitalı bir səhmin nominal dəyəri 2 manat, dövriyyədə olan səhmlərinin sayı 5 050 000 ədəd olmaqla 10 100 000 manat təşkil edir. Müəssisənin işçilərin sayı 102 nəfərdir.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
15 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
2 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
2 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır






.jpg)






.jpg)





