“Azercell Telekom” mürəkkəb və nəhəng layihəni tamamladı
(®) Ölkənin lider mobil operatoru şəbəkəsinin imkanlarını genişləndirir və gücləndirir
Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan Azercell Telekom abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təqdim olunan internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm addımlar atıb.
14-15 dekabr tarixlərində Abunəçi Məlumatlarının Mərkəzləşdirilməsi layihəsi (UDC) uğurla tamamlandı. Bir neçə mürəkkəb mərhələni özündə biləşdirən UDC layihəsi Azercell şirkətinin texnoloji cəhətdən davamlı inkişafının göstəricilərindən biridir. Qeyd edilən tarixlərdə, həmçinin məlumat strukturumuzun gücləndirilməsi zəminində HLR Miqrasiyası prosesi müvəffəqiyyətlə yerinə yetirildi. Paralel şəkildə internet ötürücülüyünün artırılması məqsədilə Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi işləri də uğurla icra olundu.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev sözügedən proseslərlə bağlı bildirdi ki, şirkət abunəçiləri təqdim edə biləcəyi ən güclü və dayanıqlı şəbəkə ilə təmin etmək üçün böyük layihələr həyata keçirir və mövcud resurslardan maksimal şəkildə istifadə edir.
"5G-YƏ HAZIRLAŞIRIQ"
“Ümumiyyətlə, bu tip nəhəng layihələrin yerinə yetirilməsi çox ciddi riskləri özündə birləşdirir. Bir çox ölkələrdə bu layihələr zamanı ümumi şəbəkə kəsintisi kimi ciddi fəsadlar yaşanıb. Lakin, Azercell UDC layihə qrupu Ericsson mütəxəssisləri ilə birlikdə qarşıya çıxa biləcək bütün risk və problemləri öncədən nəzərə alaraq, texniki nasazlıqları minimum həddə endirə bilmişlər” deyə Vahid Mürsəliyev bildirdi. O, bütün diqqətin Azercell şəbəkəsinin 5G və digər yeni nəsil texnologiyaların tətbiqinə hazırlanmasına, müştəri təcrübəsinin mükəmməlləşdirilməsinə yönəldəyini vurğuladı. Vahid Mürsəliyev onu da qeyd etdi ki, şirkət bundan sonra da təqdim etdiyi keyfiyyətli və rahat xidməti ilə abunəçilərin gündəlik, eləcə də işgüzar həyatını asanlaşdırmaq üçün çalışmağa davam edəcəkdir.
Qeyd etmək lazımdır ki, UDC (User Data Consolidation)– Abunə istiqamətli telekommunikasiya şəbəkələrinin verilənlər bazasının daha çevik, daha sürətli və daha keyfiyyətli istifadəsinə imkan verir. UDC –çoxməqsədli sistemdir və telekommunikasiya sahəsində fəaliyyət göstərən digər bütün növ sistemlərlə uyğunlaşa bilir..
Telekommunikasiya şəbəkəsində hər bir aktiv mobil cihazın məlumatlarını özündə cəmləyən HLR-yerləşmə qeydiyyatı bazası mövcuddur. HLR-ın məqsədi bu məlumatların toplanmasında funskionallığı təmin etmək və istifadəçinin müəyyən edilməsi (təsdiqlənməsi) kimi istəkləri emal etməkdir. Qeyd edək ki, məlumat bazası hər zaman yenilənir. Tutum qabiliyyəti tükənmək üzrə olarkən və ya şəbəkədə təkmilləşmə işləri görülərkən, hər bir istifadəçi üçün məlumat strukturu gücləndirilməli olur. Bu halda, istifadəçi məlumatlarının itirilməsinin qarşısının alınması üçün data köhnə HLR-dan (mənbə HLR) yeni HLR-a (hədəf HLR) köçürülür. Bu proses HLR miqrasiyası adlanır ki, şirkətimiz tərəfindən uğurla tamamlanmışdır.
Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi layihəsi müştəri təcrübəsinin inkişafına yönəlmiş mühüm proseslərdən biridir. Azercell onun köməyilə İnternetdə məlumat ötürücülüyünü artırmağa nail olacaq. Beləliklə də, internet istifadəsinin pik saatlarında mobil operatorun abunəçiləri sürətin nisbətən zəifləməsinin şahidi olmayacaqlar.
Ümumiyyətlə, bütün sadalanan proseslər təkmilləşməyə yönəldiyindən müştərilərin rahatlığını təmin etməkdə yardımçı olur.
Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən Azercell bundan sonra da öz missiyasına sadiq qalaraq innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmaq üçün şəbəkəsinin gücləndirilməsini davam etdirəcək, bu istiqamətdə zəruri olan tədbirləri həyata keçirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı



















.jpg)



