"Kreditlərin alınması məhdudlaşdırılsın, buna indi ehtiyac yoxdur"
"Biz keçən il valyuta ehtiyatlarımızı artırmışıq. Baxmayaraq ki, xərclərimiz də az olmayıb, eyni zamanda, biz valyuta ehtiyatlarımızı 3 milyard dollar məbləğində artıra bildik. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir".
"Marja" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident bildirib ki, Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır: "Qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı indi müvafiq proqram hazırlanıb. Mən hesab edirəm ki, biz borcu tədricən azalda-azalda getməliyik. Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr orada xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə bilərik. Bu, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, biz baxmayaraq ki, bir çox kreditlər ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin alınması məhdudlaşdırılsın, buna indi ehtiyac yoxdur. Biz ancaq texnoloji tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit ala bilərik. Çünki buna ehtiyac yoxdur, öz pulumuz da var və valyuta ehtiyatlarımız da artır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 17 d. əvvəl
-
37 d. əvvəl
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
- 44 d. əvvəl
-
57 d. əvvəl
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Qızılın və gümüşün bahalaşması yenidən sürətlənəcək, qızıl 5000 dolları, gümüş isə 75 dolları keçəcək"
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
"BOA Agency"də növbədənkənar ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Elektron siqaretlər qadağan olunur - Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq
Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur
























