“SMS tarifləri 2 dəfə qalxır” xəbərinə "Azercell"dən MÜNASİBƏT
“Azercell Telekom” MMC-i bir sıra kütləvi informasiya vasitələrində SMS tariflərini 2 dəfə bahalaşdırdığı barədə yayılmış xəbərlərə münasibət bildirib.
Şirkətdən "Marja"ya daxil olmuş açıqlamada deyilir:
- Ölkədə mobil rabitə bazarının lideri olan “Azercell Telekom” MMC-i hər zaman abunəçilərin rahatlığını düşünərək innovativ həllərin, müasir texnologiyaların köməyi ilə istifadəçilərə yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir.
Qeyd edim ki, öz biznesini şəffaflıq və dürüstlük üzərində qurmağı zəruri hesab edən “Azercell Telekom” MMC fəaliyyətinə dair hər bir dəyişiklik haqda ictimaiyyəti və abunəçilərini müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə Kütləvi İnformasiya Vasitələrinin (KİV) köməyi ilə məlumatlandırır. Lakin saytınızda qeyd edilən tarixdə dərc olunan yazıda şirkətin fəaliyyətinə aid məlumatların təhrif olunmuş şəkildə oxuculara çatdırılması “Azercell Telekom” şirkətinin nüfuzuna xələl gətirmək, insanlarda şirkət haqda mənfi rəy formalaşdırmaq cəhdi təəssüratını yaradır. Məsələyə aydınlıq gətirmək üçün aşağıdakı məqamlara toxunmaq istərdik:
HƏMÇİNİN BAX: SMS tarifləri 2 dəfə qalxır
“Azercell Telecom” MMC sabahdan fakturalı və fakturasız (Sim Sim) abunəçilər üçün SMS tariflərini orta hesabla 2 dəfə artırır.” – olaraq çatdırılan məlumatı nəzərdən keçirək. Belə ki, qeyd edilən dəyişiklik 12.02.2019-cu il tarixindən etibarən qüvvəyə minəcək və qanunvericiliyə əsasən dəyişiklik barədə məlumat abunəçilərimiz üçün müvafiq olaraq 30 təqvim günündən əvvəl yayımlanıb.
“Xatırladaq ki, “Azercell Telecom” bu ilin əvvəlindən roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb.” – şəklində qeyd edilən məlumat da təhrif olunub. 10.01.2019-cu il tarixindən etibarən yalnız Gürcüstan və Türkiyə ölkələrində Fakturasız xətt nömrələri üçün rominqdə internet istifadəsinin tarifi bir MB görə ƏDV daxil 0.55 AZN-dən ƏDV daxil 0.99 AZN-ə obyektiv səbəblərə görə dəyişdirilib. Lakin, həmin yeni tariflər Gürcüstan və Türkiyə ölkələrində analoji xidmətlər ilə bağlı bazarda tətbiq edilən tariflərdən xeyli azdır.
Təəssüflər olsun ki, tərəfinizdən jurnalist araşdırması aparılmadan, qərəzli olaraq yayımlanan bu məlumata sonradan yalnız Türkiyə və Gürcüstan ölkələrinin adları əlavə edilmişdir. Beləliklə, bu düzgün olmayan tərzdə yayımlanan məqalənin digər KİV-lər tərəfindən dərc olunmasına əsas yaratmışdı.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq saytda dərc edilən qərəzli məqalə ilə bağlı bu təkzibin dərc edilməsini, həmçinin gələcəkdə “Azercell Telekom” MMC-nin fəaliyyətinə aid məlumatların dərcindən əvvəl KİV haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan araşdırma çərçivəsində şirkətin mövqeyinin nəzərə alınmasını xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 23 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı






.jpg)












