AzerTelecom “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində "Azərbaycan Dəmir Yolları" ilə əməkdaşlığa başlayıb
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkəti Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək “Azerbaijan Digital Hub” layihəsinin həyata keçirilməsinə başlayıb.
Bu istiqamətdə ilk olaraq, əsas səhmdarı Bakcell şirkəti olan AzerTelecom və Azərbaycan Dəmir Yolları QSC arasında mövcud dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb. Bununla bağlı zəruri olan investisiyalar da yatırılıb.
Dəmir yolları boyunca dayanıqlı fiber-optik magistral infrastrukturun qurulması Azərbaycanın hazırda sahib olduğu Nəqliyyat və Enerji dəhlizləri statusu ilə yanaşı ən qısa perspektivdə ölkənin Regionun Rəqəmsal Mərkəzinə (Azerbaijan Digital Hub) çevrilməsinə imkan verəcək. Layihə AzerTelecom tərəfdən həmçinin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın Nəqliyyat Habına çevrilməsi layihəsi çərçivəsində aparılır.
Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşması və bu infrastrukturların ölkəmizdə kəsişməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək.
Layihə çərçivəsində magistral internet kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. Bu layihənin icrası Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə kəsişməsinə gətirib çıxaracaq. Layihənin reallaşması həmçinin Azərbaycan Dəmir Yolları QSC-nin da infrastrukturunun güclənməsinə, həmin infrastruktur boyunca yeni texnologiyaların tətbiqinə, ümumilikdə isə rəqəmsallaşmaya xidmət edəcək. Bu da Azərbaycan Dəmir Yolları QSC-nin əhaliyə daha dayanıqlı xidmətlər verməsinə töhfə verəcək.
Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi AzerTelekom şirkətinin həyata keçirdiyi “Azerbaijan Digital Hub” layihəsinin komponentlərindən biridir.“Azerbaijan Digital Hub” layihəsi çərçivəsində Azərbaycanın gələcəkdə Cənubi Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi hədəflənir. Qurulacaq Rəqəmsal Mərkəz perspektivdə bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq.
“Azerbaijan Digital Hub” layihəsinin icrası nəticəsində Azərbaycanın telekommunikasiya ekosistemi ən qabaqcıl dünya standartları səviyyəsinə qalxacaq, ölkənin İnternet alışında xarici ölkələrdən asılılığı minimuma endiriləcək, perspektivdə isə Azərbaycan regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunacaq. Beləliklə, dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı Bakı da əlavə olunacaq. Layihə ümumilikdə Azərbaycanda yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta axınına, iqtisadiyyatın rəqəmsallaşmasına və inkişafına töhfə verəcək.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkətidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücumdan müdafiə, VPN, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
9 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı













.jpg)






.jpg)


