"Qarşıdakı illər ərzində işsizliklə bağlı ciddi problemlər olmayacaq"
Dövlət Statistika Komitəsinin 2017-ci il yanvar ayının 1-ə olan məlumatına görə, respublikada işsizlik səviyyəsi 5 faiz həddindədir. Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 329 72 nəfərdir. Onların 38,1 faizini qadınlar təşkil edir. İşsizliyə görə müavinətin orta məbləği isə 249,1 manatdır. Yəni Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. İşsizlik səviyyəsi İspaniyada 19,6, Fransada 9,9, Finlandiyada 8,8, Xorvatiyada 12,8, Belçikada 8, Bolqarıstanda 7,7, Danimarkada 6,2, Latviyada 9,7, Litvada 8, Portuqaliyada 11,2, Slovakiyada 9,7, İsveçdə 6,9, Rumıniyada 6, Niderlandda 6 faiz təşkil edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bu məlumatı şərh edərək bildiriblər ki, dünya iqtisadiyyatında baş verən neqativ proseslərin Azərbaycan iqtisadiyyatına təsiri nəticəsində 2015-ci ildə ixracın həcmi və dövlət büdcəsinin gəlirlərinin azalması işsizlik səviyyəsinin əvvəlki ilə nisbətən 2 faiz artmasına səbəb olub. Amma işsizliklə bağlı açıqlanan son rəqəmlər bu sahədə müsbət tendensiyadan xəbər verir. Xüsusən də 2016-cı ildə kənd təsərrüfatında əməktutumlu sahələrin inkişafının dəstəklənməsi, turizmin inkişafı tikinti sektorunda işini itirən vətəndaşlar üçün məşğulluq imkanı yaradıb və işsizliyin səviyyəsinin artmasının qarşısını alıb. Bu çox müsbət haldır və növbəti illərdə ölkədə işsizliyin azaldılması istiqamətdə konkret tədbirlər həyata keçiriləcək:
“ Prezidentin 16 mart 2016-cı il tarixli sərəncamına əsasən Strateji Yol Xəritələrinin hazırlanması, iqtisadi islahatlarla bağlı mühüm addımların atılması işsizliklə bağlı problemlərin həllinə töhfə verəcəkdir. Belə ki, strateji yol xəritələrinin icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Belə ki, qarşıdakı illərdə iqtisadiyyatın strukturu qeyri-ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Bu isə o deməkdir ki, qarşıdakı illər ərzində işsizliklə bağlı ciddi problemlər olmayacaq”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən həmçinin bildiriblər ki, qarşıdakı illərdə Strateji yol xəritələrindəki tədbirlərin reallaşdırılması üçün 27 mlrd. manatı civarında investisiyanın ayrılması nəzərdə tutulub:
“Növbəti illərdə turizm sektorunun, emal sektorunun inkişafı və digər aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin inkişafı gənc vətəndaşlar üçün yeni iş yeri imkanı yaradacaq. Artıq ölkədə məşğulluğun strukturu dəyişiklikdə nəzərə çarpır və xidmət sektorunun payı 50 faizi keçib. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” icrası isə xidmət sektorunun inkişafına təkan olacaqdır. Yeni yaranan sektorların kadr təminatı üçün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası da xüsusi rol oynayacaq. Bu yol xəritəsində inkişaf etdirilməsi planlaşdırılan sektorların kadrla təminatının yüksək səviyyədə həyata keçirilməsi nəzərə alınıb. Bu isə onu göstərir ki, Strateji yol xəritələrinin həyata keçirilməsi ilə ölkədə məşğulluğun artırılmasına nail oluncaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
12 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















