Azərbaycanda yeni konseptdə mağazalar şəbəkəsi yaradılır - İLK MAĞAZA AÇILDI
Azərbaycanın iri mebel istehsalçısı “Embawood” şirkəti satış üsulunu daha da təkmilləşdirir. İndiyədək “Embawood” və “Madeyra” mağazaları vasitəsilə ev mebellərinin satışı ilə məşğul olan şirkət, 2019-cu ildən “Emba Home” konsepti ilə daha geniş çeşiddə məhsulların satışını həyata keçirməyə başlayır. Şirkət məişət texnikası bazarına da daxil olur.
“Marja”nın məlumatına görə, 29 Yanvar 2019-cu il tarixində “Embawood” şirkəti “Emba Home” konseptində ilk mağazasını istifadəyə verib. Mağaza Bakıda Həsən Əliyev küç.,12 ünvanında yerləşir.
MEBEL VƏ DİGƏR EV ƏŞYALARI BİR ÜNVANDA
Mağazanın açılışı münasibətilə keçirilən tədbirdə "Embawood" şirkətin təsisçisi Elşad Abbasov “Marja”ya bildirdi ki, istehlakçıların tələbləri dəyişdiyindən yeni konseptə ehtiyac yaranıb:
“Bu gün Azərbaycanda sosial-iqtisadi inkişaf var. “Embawood” şirkəti olaraq əhalinin alıcılıq qabiliyyətinin daha da artdığını, eyni zamanda tələblərinin dəyişdiyini müşahidə edirik. Artıq istehlakçılar üçün fərqli təkliflər lazımdır. İstehlakçılar bir nöqtədən müxtəlif məhsulları almağa üstünlük verirlər. Azərbaycan vətəndaşının artan tələbinə uyğun olaraq, düşünürük ki, yeni konseptə ehtiyac var. “Emba Home” konsepti imkan verir ki, alıcılar bir nöqtədən yalnız mebel deyil, ev üçün lazım olan digər əşyaları da ala bilsinlər - məişət texnikası, tekstil, qab-qacaq, çılçıraqlar və s. İnanırıq ki, alıcılarımız bu konsepti bəyənəcəklər”.
Elşad Abbasov əlavə etdi ki, bundan sonra “Embawood” mağazaları əvəzinə “Emba Home” konsepti inkişaf etdiriləcəkdir: "Yeni mağazalar “Emba Home” brendi adı altında açılacaq. Mövcud “Embawood” mağazalarının isə “EmbaHome” konsepsiyasına dəyişdirilməsi nəzərdə tutulmur. “Çünki “Emba Home”un konsepti “Embawood”un konseptindən köklü fərqlənir. Mağazanın yeri, sahəsi kimi bir sıra şərtlər də var. “Emba Home” un konseptində mağaza üçün daha böyük sahə tələb olunur ki, hazırda fəaliyyət göstərən “Embawood” mağazalarının sahəsi bu tələbə cavab vermir".
“Emba Home” mağazalarında mebellərin ən yeni modelləri nümayiş etdirilir və modellərin tez-tez yenilənməsi nəzərdə tutulur.
“Alıcıların zövqü gündən-günə dəyişir. “Embawood”un əsas məqsədi son tendlərin arxasınca getmək və alıcıların zövqünə uyğun mebellər təklif etməkdir. İstehsalımızı fərqli mebelllərin hazırlanması istiqamətdə daha da mükəmməlləşdiririk”,- Elşad Abbasov vurğuladı.
Həmçinin Elşad Abbasov əlavə etdi ki, “Embawood” mağazalarından birində “Mobes” adlı pilot layihənin tətbiqinə başlanılıb. “Mobes” proqramı vasitəsilə satıcılar mebellərin rəng çeşidlərini və variantlarını alıcılara nümayiş etdirəcəklər: "Alıcı vitrində bir rəngdə mebel görür. Alıcının istəyinə uyğun olaraq mebelin rəngi dəyişdiriləcək, kompyuterdə mebelin evində necə görünəcəyi öncədən görəcəkdir".
BU İL SAYI 10-A ÇATDIRILACAQ
“Embawood” şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərviz Əzimov “Marja”ya bildirdi ki, bu layihənin genişləndirilməsi nəzərdə tutulur:
“Emba Home” layihəsi üzrə ilk mağaza Bakıda açıldı.Yaxın zamanda Masallı və Lənkəranda mağazalarımız fəaliyyətə başlayacaqdır. 2019-cu ilin sonunadək Bakı və regionlarda “Emba Home” mağazalarının sayını 10-a çatdırmağı planlaşdırırq. İstəyirik insanlar ev üçün lazım olan bütün əşyaları rahat şəkildə bir məkandan əldə etsinlər. İndiyək insanlar “Embawood” mağazasından mebeli, digər mağazalardan məişət texnikasını, qab-qacaq, tekstil məhsullarını alırdılar. Biz bu əziyyətə son qoyuruq. Artıq bütün ev əşyaları bir ünvandan əldə etmək mümkündür”.
Pərviz Əzimov əlavə etdi ki, mağaza müxtəlif otaqlardan ibarətdir və otaqlarda mebellərin yerləşdirilməsi sərgilənir. Alıcılara dizaynda köməklik göstəriləcəkdir.
Fəaliyyətə başlayan “Emba Home” mağazası 3 mərtəbədən ibarətdir. Mağazanın 1-ci və 2-ci mərtəbələrində qonaq, yataq, uşaq, yumşaq, mətbəxt, dəhliz mebelləri, stul və masalar nümayiş etdirilir. 3-cü mərtəbədə isə televizor, paltaryuyan, soyuducu, tozsoran, tekstil, qab-qacaq, çılçıraqların və s. geniş çeşidi yer alır.
“Embawood” 2019-cu ildən onlayn satışı inkişaf etdirməyi nəzərdə tutulur. “Emba Home” konseptinin onlayn satış platformasını da istifadəyə verilir.
Qeyd edək ki, “Embawood”un Azərbaycan ilə bərabər bir neçə ölkədə fabrikləri var. Hazırda şirkətin məhsulları 30-a yaxın ölkədə satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
11 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
11 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)







.jpg)



