"Azər Türk Bank" kredit faizlərinə və kartların qiymətlərinə endirim etdi
(®) Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, hər zaman onlara ən əlverişli şərtlərlə kredit təklif edən dövlət bankı "Azər Türk Bank" 01 fevral tarixindən növbəti endirim kampaniyasına başlayır.
15 fevral tarixinədək davam edəcək bu kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən şəxslərə bank tərəfindən güzəştlər təklif olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 1%-dən 3%-dək endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaqdır.
Kreditin müddəti | Mövcud faiz dərəcəsi | Kampaniya üzrə faiz dərəcəsi |
12 ay | 19% | 18% |
24 ay | 23% | 20% |
36 ay | 25% | 22% |
Həmçinin bu kampaniyada plastik kart əldə etmək istəyən müştərilər üçün də əhəmiyyətli güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, kampaniya müddətində Azər Türk Banka müraciət edənlər, xüsusi imkan və üstünlüklərə malik VISA / MasterCard Gold və VISA / MasterCard Platinum kartlarını 75 faiz endirimlə əldə edəcəklər.
Kartın növü | Müddət | Tarif qiyməti | Kampaniya üzrə qiymət | |
VISA/MC Gold | 1 illik | 30.00 ₼ | 7.50 ₼ | |
2 illik | 45.00 ₼ | 11.25 ₼ | ||
3 illik | 60.00 ₼ | 15.00 ₼ | ||
VISA/MC Platinium | 1 illik | 50.00 ₼ | 12.50 ₼ | |
2 illik | 75.00 ₼ | 18.75 ₼ | ||
3 illik | 100.00 ₼ | 25.00 ₼ | ||
Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ ünvanına daxil olaraq onlayn sifariş vermək olar. Sifariş üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)



