"2000-ə qədər işçimiz var, 10 min nəfərə qədər yüksələ bilər" - VAKANSİYALAR
(®)STP-nin son 2 il ərzində əldə etdiyi nailiyyətlər uğurlu kadr siyasətinin nəticəsidir
“Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın və regionun sənaye malları istehsal edən ən iri mərkəzlərindən biridir. Bu gün Texnoparkda 2000-ə qədər əməkdaş fəaliyyət göstərir və bu say tələbin artması ilə on min nəfərə qədər yüksələ bilər. Təbii ki, bu da minlərlə yeni vakansiyaların açılması deməkdir”.
Bu barədə STP-nin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, son iki il ərzində STP haqqında yalnız müsbət xarakterli xəbərlər əldə edilir. Xüsusi ilə də yeni məhsulların yaradılması, mövcud məhsulların iri həcmli layihələrə təchiz olunması, müxtəlif ölkələrə edilən uğurlu ixracat əməliyyatları kimi aktiv fəaliyyətləri misal çəkə bilərik. Təbii ki, bütün bunlar son iki ildə Texnoparkın rəhbərliyinin apardığı uğurlu kadr siyasətinin nəticəsidir:
“Xüsusi ilə vurğulamaq lazımdır ki, Texnopark son 1 il ərzində Qazaxıstan, Tacikistan, Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Danimarka, İngiltərə kimi ölkələrə müxtəlif adlarda məhsullar ixrac etməyi bacarıb. Əldə olunmuş bu nailiyyətlərdə istifadə olunan ən son texnologiyaların, keyfiyyətli xam maddələrin, nəzarət olunan xüsusi tələblərin əhəmiyyəti çox böyükdür. Amma hesab edirik ki, bu uğurun arxasında gizlənən başlıca səbəb STP-nin apardığı uğurlu kadr siyasətidir. Çünki müasir avadanlıqların çalışması üçün yüksək kvalifikasiyalı əməkdaşlar tələb olunur.
Sumqayıt Texnologiyalar Parkı uğurlarını artırmaq məqsədilə yüksək kvalifikasiyalı əməkdaşların cəlb edilməsi üçün tələb olunan müasir çalışma mühiti yaratmağı bacarıb. Əməkdaşları üçün yeniliklərə açıq olan şirkət, rəqabətli mühit, müxtəlif növ imtiyazlar təklif edir. İşə qəbul olunmaq istəyən bacarıqlı və təcrübəli kadrlar üçün isə bunlar seçim zamanı ən önəmli meyarlardan biridir.
Şirkətin böyüklüyü və əməkdaşlarının sayının çox olması təlim və akkreditasiya işlərini daim davam edən prosesə çevirir. Bu baxımdan STP-də çalışmaq işləyən şəxslər daim üzərlərində işləməli, nəzəri və praktiki biliklərini artırmalı və iş prosesində standartların tələblərinə riayət etməlidir. Çünki beynəlxalq şirkətlərlə çalışan Sumqayıt Texnologiyalar Parkı məhz bu standartların tələblərinə cavab verməsi ilə rəqiblərindən müsbət mənada seçilir.
Ümumiyyətlə şirkətin fəaliyyət göstərdiyi sahələr çox spesifikdir. Sumqayıt Texnologiyalar Parkı Neft və qaz, Kənd təsərrüfatı, Energetika, İnşaat, İKT kimi sektorlara çox çeşidli məhsul və xidmət növləri təklif edir. Bütün bunlar isə ən son texnologiyalara əsaslanaraq həyata keçirilir. Zavodlar kompleksindən ibarət olan STP-nin 11 zavodunda 30-dan çox müxtəlif çeşidli istehsal sahəsi var. Zavodlarda 500 kV-a qədər gərginlik səviyyəsi olan, alçaq, orta və yüksək gərginlikli güc kabelləri, polimer borular, PVC və alüminium profillər, alüminium kompozit və sendviç panellər, polikarbonat lövhələr, Pivot suvarma sistemləri və başqa bu kimi yüksək keyfiyyətli sənaye məhsulları istehsal olunur.
Bu məhsulları istehsal edə bilmək üçün son zamanlarda onlarla yeni vakansiyalar elan etmiş STP istər istehsal, istərsə də inzibati ofis üçün dəyərli kadrlar cəlb etməyə çalışır. İşçilərin seçimində STP tam şəffaflığı qoruyaraq, yalnız vakansiyaya uyğun bilik və bacarıqlı şəxsləri işə götürür. Texnologiyalar parkındakı iş imkanları ilə şirkətin rəsmi səhifəsindəki “Karyera” bölməsi vasitəsi ilə https://stp.az/vakansiyalar tanış ola bilərsiniz".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
1 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb





















