Məhkəmə "Yeganə" şadlıq sarayının rəhbəri barədə məcburi gətirilmə qərarı çıxarıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı şəhəri 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Lyudmila Rəhimova ifadə verib.
O bildirib ki, zərərçəkmiş Akif Rəhimovun oğlu Rəhim Rəhimovun məhkəmə işində hüquqlarını müdafiə edib. R.Rəhimova qeyd edib ki, E.Babayevin 10 min manata ekspertiza rəyi almasından xəbərdar olub: "Həmin danışqları bilirdim. Elnurun 10 min manata qəzada ölən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacağını eşitsəm də, buna inanmadım. Sonra bu barədə Akif müəllimə danışdım. Ona bunun mümkün olmayacağını söylədim".
R.Rəhimovanın sözlərinə görə, E.Babayevin A.Rəhimovdan pul alınması prosesinə şahidlik etməyib.
Məhkəmədə elan olunub ki, zərərçəkmiş A.Rəhimov məhkəmə çağırışlara məhəl qoymur. A.Rəhimov polis vasitəsi ilə məhkəməyə gətiriləcək.
Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.
İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxardacağı vədi verib.
Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra R.Rəhimov saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.
Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 d. əvvəl
İKTA internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə hədəfləri müəyyən edib
- 13 d. əvvəl
- 43 d. əvvəl
-
14 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
Ən çox oxunanlar
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi










.jpg)







.jpg)

