Azərbaycana kartof idxalı azalıb
2018-ci ildə Azərbaycan 29 milyon 628 min dollar məbləğində kartof ixrac edib. Bu barədə hökumətdən məlumat verilir.
“2018-ci ildə Azərbaycan 29 milyon 628 min dollar məbləğində 66 min 563 ton kartof ixrac edib. 2017-ci illə müqayisədə miqdar ifadəsində ixrac həcmi 15,5%, məbləğ ifadəsində 14,7% artıb”, - hökumətdən qeyd ediblər.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 2018-ci il ərzində Rusiyaya 28 mln. 864,37 min (аrtım 12,4%) 64 min 425 ton (artım 12,8%) kartof ixrac olunub.
2018-ci il ərzində Azərbaycan 22 milyon 99 min dollar (аzalma 17,9%) məbləğində 106 min 240 ton kartof (2017-ci illə müqayisədə azalma 22,23%) idxal edib.
Azərbaycana əsas kartof tədarükçüləri Gürcüstan, Türkiyə və İran olub. Xüsusilə, ötən il Türkiyədən 2 milyon 644 min dollar məbləğində 10 min 574 ton kartof gətirilib. İrandan 10 milyon 303 min dollar məbləğində kartof tədarükünün həcmi 54 min 880 ton, Gürcüstandan 5 milyon 514 min dollar məbləğində kartof tədarükünün həcmi 25 min ton təşkil edib.
Hesabat ili ərzində Azərbaycan Rusiyadan 2 milyon 377 min dollar məbləğində 10 min 213 min ton kartof idxal edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
19 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 21 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub























