Azərbaycan məhsulu Moskvada qalib oldu
Azərbaycanın yerli məhsulu olan “FAVO” Moskvada keçirilən “Ən yaxşı məhsul – 2019” konkursunda Qızıl medalla təltif olunub.
Qida, içki və onların xammalının istehsalı üzrə hər il təşkil olunan, cari ilin 11-15 fevral tarixlərində 26-cısı keçirilən “Prodekspo-2019” sərgisində iştirak edən “Ulduz” Şokolad Fabriki özünün müxtəlif çeşidli məhsullarını sərgiləmək imkanı əldə edib.
Azərbaycan qənnadı sektoru üçün uğur hesab oluna biləcək xəbər isə Rusiya Federasiyasının paytaxtı Moskvada baş tutan tədbir çərçivəsində keçirilən “Ən yaxşı məhsul – 2019” konkursunda fabrikin yeni istehsalı olan “FAVO” taxıllı batonlarının portağallı desert baton çeşidinin minlərlə rəqibini geridə qoyaraq qalib olması və Qızıl medala layiq görülməsidir.
İstehsalçıdan verilən məlumata görə, “FAVO”-nun bu mükafata layiq görülməsi onun birbaşa tərkibi ilə bağlıdır. Belə ki, sözügedən taxıllı məhsullar yerli istehsal üçün tamamilə yeni olmaqla yanaşı, həm də natural tərkibli hesab olunur. Tərkibindəki qarğıdalı partlağı, düyü partlağı, yulaf və ən əsası portağal qurusu sayəsində “FAVO” batonları həm ləzzətli, həm də doyumlu məhsullar kateqoriyasına girir. Bu məhsul yüngül qəlyanaltıtipli olmaqla yanaşı, həm də aktiv həyat tərzi keçirən və sağlam qidalanmaq istəyən insanlar üçün nəzərdə tutulub.
Qeyd edəki ki, hal-hazırda fabrikdə “FAVO”nun iki çeşidi – şokoladlı və portağallı batonları – istehsal olunmaqdadır, lakin gələcəkdə yeni növ ləzzətlərin artırılması da planlaşdırılır.
Artıq 18 ildir ki, “Ulduz” Şokolad Fabriki ölkədə qeyri-neft sektorunun inkişafına, həmçinin ixrac potensialının artırılması ilə daxili iqtisadiyyata öz töhfəsini verməkdədir. Bu gün də müəssisə öz fəaliyyətini bu istiqamətdə uğurla davam etdirməkdədir, belə ki, sözügedən sərgi çərçivəsində Fabrik Rusiya, Belarus, Əfqanıstandan olan yeni şirkətlərlə müqavilələr imzalayıb, bir neçə ölkəylə isə danışıqları davam etdirməkdədir.
Məlumat üçün bildirək ki, “Prodekspo – 2019” beynəlxalq sərgisində 69 ölkədən 2242 şirkət, Azərbaycandan isə 30-dan çox firma iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)



