"İstisu" mehmanxanası özəlləşdirilir
Martın 19-u hərrac keçiriləcək: 99 dövlət əmlakı özəlləşmədə
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 19 mart tarixində keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 99 dövlət əmlakı çıxarılıb. Onlardan 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir.
Bərdə, Goranboy, Lerik, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca “Şəki Tikinti Quraşdırma”, “Oğuz Kəndkimya”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri çıxarılıb.
İnvestorlar üçün yeni biznes imkanları yaradan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m arasındadır. Bu dövlət obyektləri paytaxtla bərabər ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Sərmayəçilər biznes planlarına uyğun ticarət, turizm, ictimai iaşə və digər xidmət obyektləri üzrə seçim edə bilər. Dövlət əmlaklarından biri Yevlax şəhəri, S.C.Pişəvəri küçəsindədir. Əvvəllər mehmanxana kimi fəaliyyət göstərən müəssisənin ümumi faydalı sahəsi 1562.6 kv.m, birlikdə özəlləşdirildiyi torpaq sahəsi isə 2835.8 kv.m-dir. Yeni biznesə başlayanlar üçün maraqlı olan ticarət obyektləri paytaxtda, İmişli, Masallı, Gəncə kimi şəhər və rayonlarda yerləşir.
Özəlləşdirməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12.5 kv.m və 213.7 kv.m arasındadır. Bu növ dövlət əmlaklarından 8-i Bakıda, 4-ü Sumqayıtda, 2-si Daşkəsəndə digərləri isə Sabirabad, Bərdə və Tərtər rayonlarındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi paytaxtın Xətai rayonu, R.Məmmədov küçəsindədir. Vətəndaş 2 min 500 manat beh ödəyərək xidmət və ofis obyekti kimi fəaliyyətə imkan verən dövlət əmlakının hərracında iştirak edə bilər.
2007-ci ildə istehsal olunan avtomobillər Qaz və Uaz markalarına aiddir. Qeyd edək ki, bu nəqliyyat vasitələrinin ilkin satış qiymətləri 1800 manat və 3 min 500 manatdır.
Vətəndaşlar hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. İştirakçılar və prosesə marağı olan şəxslər açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 45 d. əvvəl
-
51 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)


.jpg)










