PAŞA Bank KOS-lar üçün “Bahar kampaniyasına” start verir
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2018-ci ildən etibarən Kiçik və orta sahibkarlara dəstəyini genişləndirmişdir və onların fərdi ehtiyaclarına uyğun, gündəlik xərclərini optimallaşdıran, biznes fəaliyyətlərinin genişləndirilməsinə imkan verən məhsul və xidmətləri təklif edir. KOS müştərilərinin əlverişli şərtlərlə bir sıra məhsul və xidmətlərdən yararlanması məqsədilə PAŞA Bank 20 fevral tarixindən KOS-lar üçün “Bahar kampaniyasına” start verir.
Kampaniya 31 mart tarixinədək davam edəcəkdir.
Belə ki, qeyd edilmiş müddət ərzində Banka müraciət edən Kiçik və orta sahibkarlıq seqmentinə aid yeni müştərilər kampaniyadan yararlanaraq cari hesabın açılması, əmək haqqı məhsulundan (xidmət və kart sifarişi) istifadə, POS Terminalın quraşdırılması, Gömrük Kartın verilməsi xidmətlərini tam pulsuz əldə edəcəklər. Yeni Müştərilər həmçinin Bankın digər kassa-hesablaşma xidmətlərindən sərfəli tariflər ilə yararlanacaqdır.
Kampaniya müddəti ərzində biznesin maliyyə ehtiyaclarını qarşılamaq üçün Banka ilk dəfə müraciət etmiş təchizatçılar invoyslarını komisyonsuz və illik faiz dərəcəsinə 1% endirim ilə maliyyələşdirəcəklər.
Xatırlatmaq istərdik ki, PAŞA Bank bank sektorunda rəqəmsal həllərin inkişafını da dəstəkləyərək yanvar ayından etibarən fərdi sahibkarlar üçün filiala gəlmədən onlayn müştəri olmaq və hesab açmaq imkanını təqdim etmişdir. Hal-hazırda, müştərilərin işgüzar fəaliyyəti ilə bağlı tələbatları öyrənilərək müasir texnoloji həllər üzərində işlər davam etdirilir və tezliklə yeni hüquqi şəxs müştəriləri üçün də onlayn müştəri olmaq və hesab açmaq imkanı təqdim ediləcəkdir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.pashabank.az saytına daxil olaraq və ya *8123 / (+994 12) 496 50 04 nömrəsinə zəng edərək əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)


