İran açıqladı - Martın 9-da istifadəyə veriləcək
İranın Qəzvin və Rəşt şəhərlərini birləşdirən dəmir yolu xətti cari ilin mart ayının 9-da istifadəyə veriləcək.
Bu sözləri İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami Çabahar şəhərində keçirilən konfransda deyib.
Nazir bildirib ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun birinci hissəsi olan Qəzvin-Rəşt xəttinin açılışında Prezident Həsən Ruhani və Azərbaycanın rəsmi şəxsləri iştirak edəcəklər.
Onun sözlərinə görə, 164 kilometrlik Qəzvin-Rəşt dəmir yolunun inşasına 325 milyon dollar vəsait xərclənib.
İqtisadi vəziyyətin çətinliyinə baxmayaraq, İran Qəzvin-Rəşt dəmir yolunun davamı olan Rəşt-Astara yolunda da inşaat işlərini davam etdirir.
M. İslami diqqətə çatdırıb ki, Çabahar limanı yenidənqurma işlərindən sonra istifadəyə verilib və Hindistan bu limana 2 milyard dollara yaxın sərmayə yatırmağa razılıq verib. Çabahar limanı artıq Hindistanın Mumbay limanından gələn ilk yükləri də qəbul edərək Əfqanıstana yola salıb. Fars körfəzindəki Bəndər-Abbas limanı ilə yanaşı, Çabahar limanı da Cənub Şərqi Asiyadan daxil olan yükləri qəbul edib Avropa istiqamətinə yönəldəcək.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olan Qəzvin-Rəşt dəmir yolunun davamı olacaq Rəşt-Astara yolunun tikintisi üçün Azərbaycan İrana 500 milyon dollar güzəştli kredit də təqdim edib. İnşası 3 il davam edəcək Rəşt-Astara dəmir yolu hazır olduqdan sonra Mumbay limanından İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti ilə Rusiya və Avropaya daşınacaq.
Qeyd edək ki, Azərbaycan Astarası ilə İran Astarasını birləşdirən dəmir yolu artıq istismara verilib və Rusiyadan İrana göndərilən yüklər bu yolla mənzil başına çatdırılır.
Nazir, həmçinin bildirib ki, Rəşt-Astara dəmir yolunu Azərbaycan ilə İran birlikdə inşa edəcək. Gələcəkdə bu yolla yalnız yüklər deyil, sərnişin də daşınacaq. Astara(İran)-Astara(Azərbaycan) dəmir yolundan sərnişinlərin Moskvaya və əks istiqamətə daşınması üçün Rusiya tərəfi ilə danışıqlar aparılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 45 d. əvvəl
-
51 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)






.jpg)







