IBAm mobil əlavəsi yeniləndi - ən çox hökumət ödənişləri artıq bu tətbiqdə
® Azərbaycan Beynəlxalq Bankı IBAm mobil əlavəsini daha da inkişaf etdirərək yeni funksiyaları müştərilərin istifadəsinə təqdim edib.
Bununla da IBAm ən çox hökumət ödəniş kanalı olan bank mobil tətbiqinə çevrilib. Belə ki, indi IBAm istifadəçiləri cərimə, ipoteka, təhsil haqqı ödənişlərini, eləcə də bütün növ hökumət ödənişlərini IBAm vasitəsilə həyata keçirə biləcəklər. Eyni zamanda, artıq kommunal ödənişlər aparan zaman borclar və abunəçi haqqında məlumatlar da sistemdə əks olunur.
Mobil əlavədə bu son yenilənmə müştərilərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq həyata keçirilib. Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin direktor müavini Elşən Cəfərov bununla bağlı bildirib: “Azərbaycan Beynəlxalq Bankı ölkədə elektron xidmətlər üzrə lider bankdır. Bank elektron xidmət infrastrukturunu getdikcə inkişaf etdirir. IBAm mobil tətbiqinə kommunal və digər müntəzəm ödənişlərin, ən əsası isə ipoteka və cərimə ödənişlərinin əlavə olunması ilə bağlı son dövrlər kifayət qədər müraciətlər daxil olurdu. Məhz buna görə də sözügedən ödəniş növləri və bununla yanaşı digər bütün növ hökumət ödənişləri müştərilərin xidmətinə təqdim edildi. Yaxın vaxtlarda mobil əlavə istifadəçilərimizə digər bir sıra yeni xidmətlərimizi də təqdim edəcəyik”.
IBAm vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda, kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq da mümkündür. IBAm istifadəçiləri bütün bunlardan əlavə, aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:
-Hesablar barədə məlumatın əldə edilməsi;
-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;
-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
-Kartların bloklaşdırılması və blokdan çıxarılması;
-“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
-Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;
- Ölkədaxili hesablararası köçürmələr;
-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.
IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.
Yükləmə linkləri:
Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank
App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8
Bankın internet bankçılıq xidməti olan IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az
Bank yeni-yeni funksiyalarla IBAm mobil əlavəsinin imkanlarını gələcəkdə də genişləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 29 d. əvvəl
-
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 19 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Ən çox oxunanlar
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























