“PAŞA Bank”ın xalis mənfəəti 5,5 dəfə artıb
“PAŞA Bank” ASC 2019-cu ilin 1-ci rübünü 35 milyon 681 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin ilk rübünü 6 milyon 532 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “PAŞA Bank”ın xalis mənfəəti 5,5 dəfə artıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin yanvar-mart dövründə “PAŞA Bank”ın faiz və qeyri-faiz gəlirləri artıb. 2018-ci ilin ilk rübündə faiz gəlirləri 40 milyon 307 min manat ikən, 2019-cu ilin ilk rübündə 52 milyon 558 min manat təşkil edib (12 milyon 251 min manat və ya 30,3% artıb). Qeyri-faiz gəlirləri isə 6 milyon 791 min manatdan 9 milyon 553 min manata yüksəlib ( 2 milyon 762 min manat və ya 40,7% artıb).
Həmçinin, Bank bu il faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata cəmi 514 min manat ayırıb. Ötən ilin ilk rübündə ayırmanın məbləğ 14 milyon 166 min manat təşkil etmişdi.
Həm gəlirlərinin artması, həm də ehtiyata ayrıma üzrə xərcinin 27 dəfədən çox azalması ilə əlaqədar olaraq ilk rübdə PAŞA Bank daha çox xalis mənfəət əldə edib.
12 AY ƏRZİNDƏ AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXIN ARTIB
31 Mart 2019-cu il tarixində “PAŞA Bank” 4 milyard 648 milyon manat cəmi aktivlərə, 4 milyard 194 milyon manat cəmi öhdəliklərə və 454 milyon 267 min manat cəmi balans kapitalına malik olub. Bank 31 Mart 2018-ci il tarixində 3 milyard 707 milyon manat cəmi aktivlərə, 3 milyard 299 milyon manat cəmi öhdəliklərə və 409 milyon manat cəmi balans kapitalına malik idi.
Müştərilərə verilmiş kreditlər ötən ilin ilk rübü ilə müqayisədə 293 milyon manat artıb, ötən ilin sonu ilə müqayisədə isə 51 milyon manat azalıb. 31 Mart 2019-cu il tarixində müştərilərə verilmiş kreditlər 1 milyard 270 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























