“PASHA Bank Georgia” sponsor olub
“PASHA Bank Georgia” 2019-cu il mayın 7-də Tbilisidə keçiriləcək 8-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2019”un sponsoru olub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Artıq hər il təşkil olunan forum bu gün iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin müzakirəsi üçün ənənəvi meydana çevrilib. Bu, Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq, həmçinin biznes-hökumət dialoqunun inkişafı, sahibkarlar arasında əlaqələrin qurulması, yeni ideya və layihələrin həyata keçirilməsi baxımından xüsusilə aktualdır”, - deyə “PASHA Bank Georgia”nın direktorlar şurasının sədri və baş icraçı direktoru Arda Arkun söyləyib. O, Caspian Energy Forum Tbilisi-nin təşkilinin vacibliyini vurğulayıb.
Telman Əliyev bildirib ki, təşkilatçısı Caspian Energy Georgia olan Tbilisi forum Gürcüstan Hökumətinin, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, Kvemo Kartli regionunun Quberbatorunun və Caspian European Club-un dəstəyilə keçirilir. Caspian Energy Forum Tbilisi – 2019-da sıralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının başçılarının, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin iri beynəlxalq şirkətlərin, beynəlxalq maliyyə institutlarının rəhbərlərinin də yer aldığı dünyanın 30 ölkəsinin 300-dən artıq deleqatı iştirak edəcək.
Forumda Azərbaycanla Gürcüstanın enerji və iqtisadi layihələrinə həsr olunmuş plenar sessiyalar keçiriləcək. Caspian Energy Forum Tbilisi – 2019-un əsas mövzularından biri Kvemo-Kartli regionunun iqtisadi inkişafıdır. Tədbirin proqramında kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub. Günün ikinci yarısında iştirakçılar üçün Kvemo-Kartlinin istehsalat obyektləri üzrə biznes-tur təşkil olunacaq.
PASHA Bank Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərən regional maliyyə institutudur. PASHA Bank böyük və orta sahibkarlıq üçün bütün korporativ və investisiya bankinqi xidmətlərini həyata keçirir. PASHA Bank Georgia müştərilərə daha böyük diqqət ayırmaqla korporativ bank xidməti göstərmək üzrə ixtisaslaşıb. PASHA Bank həm müstəqil şəkildə, həm də nəhəng bank sindikatları çərçivəsində sürətli xidmət, rəqabətli faiz dərəcələri, hər bir müştərinin tələbatını və imkanlarını nəzərə almaqla fərdi bank xidməti təklif edir.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
-
3 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)
.jpg)














