Daha bir bank ilk rübü mənfəətlə başa vurub
“Günay Bank” ASC 2019-cu ilin 1-ci rübünü 391 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Günay Bank”ın cəmi gəlirləri 4 milyon 360 min manat cəmi xərcləri isə 4 milyon 245 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 115 min manat əməliyyat mənfəəti formalaşıb. Əvvəlki dövrlər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 276 min manatı azad olduğundan “Günay Bank”ın mənfəəti 391 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “GünayBank”ın cəmi gəlirləri 4 milyon 181 min manat, cəmi xərcləri 2 milyon 344 min manat, əməliyat mənfəəti 1 milyon 837 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 570.51 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış və həmin rübü 1 milyon 267 min manat xalis mənfəət ilə başa vurmuşdu.
FAİZ GƏLİRLƏRİ ARTIB
Ötən ilin ilk rübündə "GünayBank"ın faiz gəlirləri 1 milyon 986 min manat ikən, 2019-cu ilin ilk rübündə 2 milyon 818 min manat təşkil edib (42% artıb). Qeyri-faiz gəlirləri isə 2 milyon 195 min manatdan 1 milyon 541 min manata geriləyib (30% azalıb).
BANK BÖYÜYÜB
Bank böyüməkdə davam etmiş, nəticədə ötən ilin sonu ilə müqayisədə “GünayBank”ın cəmi aktivlərinın həcmi 12 milyon 530 min manat artaraq 31 Mart 2019-cu il tarixində 203 milyon 731 min manata çatıb. “GünayBank” 31 Dekabr 2018-ci il tarixində 191 milyon 200 min manat cəmi aktivlərə malik idi.
Müştərilər verilən kreditlər isə 146 milyon 110 min manatdan 146 milyon 670 min manata yüksəlib.
31 Mart 2019-cu il tarixində "Günay Bank" 62 milyon 443 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)






