Mikayıl Cabbarov vergi daxilolmalarının artım səbəblərini açıqlayıb
"İqtisadiyyatın artımı ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan qaynaqlanır. Belə ki, birinci rüb ərzində ümumdaxili məhsul artıb. Doğrudur, vergi mədaxillərinin artım tempi ümumdaxili məhsul tempinin artımını bir neçə dəfə üstələyir, lakin ÜDM-nin birinci rübdə artması - real artımı üç faizdən çox olub, bu, müsbət fon yaradır".
Bunu Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov İTV-də “Diqqət mərkəzi” verilişində vergi daxilolmaları üzrə gözləntilərin artıqlaması ilə yerinə yetirilməsinin səbəbləri barədə sualı cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, bu istiqamətdə ikinci vacib məsələ vergi ödəyiciləri ilə yeni münasibətlərin yaranmasından ibarətdir.
“2018-ci ildən başlayaraq, ümumilikdə səyyar vergi yoxlamalarının sayının azaldılmasına üstünlük vermişik. Bu resursu daha çox vergi ödəyicisinin maarifləndirilməsinə, ona xidmət göstərməsinə yönəltmişik. Bunun nəticəsində müşahidə edirik ki, könüllü şəkildə vergi ödənişlərinə əməl etmək əhəmiyyətli dərəcədə artıb.
Ötən illərdə vergi mədaxillərinin böyük hissəsi səyyar vergi yoxlamaları nəticəsində baş verirdisə, bu il bu dinamika əhəmiyyətli dərəcədə dəyişir, lakin bu, o demək deyil ki, biz vergi sahəsində olan pozuntulara göz yumuruq və ya göz yummaq niyyətindəyik.
Tam əksinə, yoxlamaların sayını azaltmaqla pozuntulara görə məsuliyyətin artırılması yolu ilə gedirik. Buna əsasımız var, çünki dövlətin siyasəti olaraq 2019-cu ildən vergi yükü bir çox sahələrdə azaldılıb. Lakin sivil cəmiyyətlərdə qəbul olunduğu kimi, Azərbaycan da, təbii olaraq, sivil cəmiyyətdir, dövlət tərəfindən vergi öhdəliklərinin tam həcmdə istisnasız, hər bir vergi ödəyicisi tərəfindən qarşılanması tələbi irəli sürülüb”.
M.Cabbarovun sözlərinə görə, bu istiqamətdə üçüncü səbəb vergi inzibatçılığının səmərəliliyinin artırılması amilidir.
“Bir çox sahələrdə, bir çox klastrlarda sistemli tədbirlər həyata keçirilib. Nümunə olaraq, aksizli malların klasteri, klinikaları, pərakəndə ticarət, ictimai iaşə sektorunu, daş, qum, çınqıl karyerlərini və s. qeyd edə bilərəm.
Bu və ya digər sahələrdə olan sistemli boşluqlar onu göstərir ki, klasterlərdə fəaliyyət göstərən əksər, bəlkə də, bütün vergi ödəyiciləri tərəfindən keçmişdə eyni vergi pozuntularına yol verilirdi və buna bir çox hallarda göz yumulurdu. Beləliklə, vergi inzibatçılığının təkmilləşdirilməsi, hesab edirəm ki, öz növbəsində müsbət amillərdən biridir”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Oxu
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 9 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
18 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)



.jpg)








