Palata bank sektorundakı son vəziyyəti açıqladı
31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 846.9 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 533.2 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 313.7 milyon manat olub.
"Marja" xəbər verir ki, bunlar, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda bildirilir.
Aktivlər
Məlumatda qeyd edilib ki, Mart ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 0.7% (84.5 milyon manat) artaraq 12 milyard 714.4 milyon manat təşkil edib. Kredit portfeli cari ilin ilk rübündə 0.7% (86.1 milyon manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.2% (93.2 milyon manat), rüb ərzində isə 2.7% (211.2 milyon manat) artaraq 7 milyard 983 milyon manata çatıb.
Öhdəliklər
2019-cu ilin mart ayında fiziki şəxslərin əmanətləri 8 milyard 253.5 milyon manat təşkil edib. Mart ayında əmanətlər 1.7% (135 milyon manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli əmanətlər hesabına olub. Mart ayı ərzində fiziki şəxslərin müddətli əmanətləri 2.5% (135.8 milyon manat) artaraq 5 milyard 465.8 miylon manat təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Hüquqi şəxslərin depoziti cari ilin ilk rübündə 0.1% (7 milyon manat) artaraq 10 milyard 318.5 milyon manata çatıb. Artım müddətli depozitlər hesabınadır. Belə ki, dövr ərzində hüquqi şəxslərin müddətli depozitləri 19.2% (278.1 milyon manat) artıb.
Balans kapitalı
Sektorun balans kapitalı mart ayı ərzində 1.7% (70.9 milyon manat) artaraq 4 milyard 313.7 milyon manata çatıb. Bu göstərici cari ilin ilk rübündə 5.9% (241.9 milyon manat) artıb.
Mənfəət və zərər
Mart ayında bankların əməliyyat mənfəəti 179.1 milyon manat, xalis mənfəəti isə 123.9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 12.9%, kreditlər üzrə faiz gəlirləri isə 19.5% artıb.
Ümumi məlumatlar
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2535 olub. Bank sektorunun işçi heyətinin sayında artım mart ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin mart ayında işçi sayı 0.4% (66 nəfər) artaraq 17 min 749 nəfər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 28 d. əvvəl
- 42 d. əvvəl
-
-
49 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib





























