Unibank bu həftə kompensasiya ödənişlərini başa çatdıracaq
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk gündən Unibankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirilib. Kompensasiya ödənişlərinin bütün filial əməkdaşları tərəfindən həyata keçirilməsi bu gün də davam etdirilir.
Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, həm vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası Unibank üçün əsas prioritet məsələdir.
Fərmanın icrasına başlanıldığından bu günədək Unibank tərəfindən 87 mindən artıq müştəriyə 55 milyon manat kompensasiya ödənilib.
"Bütün filialların gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi, bu həftə kompensasiya ödənişlərini daha da sürətləndirəcək. Bankın bütün müştəri xidməti heyəti bu həftəni kompensasiya ödənişini həyata keçirməyə istiqamətləndirildiyindən, fiziki şəxslərin kredit müraciətlərinin qəbulu müvəqqəti olaraq bir həftəlik dayandırılır. Bu həm birbaşa filiallara kredit müraciətlərinə, həm də onlayn kredit sifarişlərinə aiddir. Müştərilərə digər bank məhsul və xidmətlərinin göstərilməsi və eyni zamanda hüquqi şəxslərin kreditləşməsi isə davam etdirilir",- bankın məlumatında deyilir.
Məlumatda bildirilir ki, indiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Bu həftə ərzində prosesin tam olaraq başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.
Cənab Prezidentin fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş rejimində çalışır. Həftənin şənbə, bazar günləri də bankın filialları da müştərilərə kompensasiya ödənişini həyata keçirir.
Kompensasiya hesablanmış bütün Unibank müştərilərinə bu haqda SMS-lər göndərilib. Unibank olaraq bütün filiallaırmızda kompensasiya almalı olan müştərilərin müraciətlərini gözləyirik.
Kompensasiya hesablanmış şəxslər siyahısında olan hər bir Unibank müştərisi bu həftə ərzində istədiyi Unibank filiala yaxınlaşıb, kompensasiya məbləğini rahat şəkildə əldə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)






