Palata bank sektorunun göstəricilərini açıqladı
30 aprel 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 769.1 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 349.3 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 419.8 milyon manat olub.
Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
APRELDƏ CƏMİ AKTİVLƏR AZALIB
Müqayisə üçün qeyd edək ki, 31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 846.9 milyon manat, cəmi öhdəlikləri 25 milyard 533.2 milyon manat təşkil etmişdi. Sektorun balans kapitalı 4 milyard 313.7 milyon manat olmuşdu.
31 Dekabr 2018-ci il tarixində isə bankların cəmi aktivləri 29 milyard 502.4 milyon manat, cəmi öhdəlikləri 25 milyard 430.6 milyon manat təşkil etmişdi. Sektorun balans kapitalı 4 milyard 71.8 milyon manat olmuşdu.
Aktivlər
Palatanın məlumatında bildirilir ki, Aprel ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində xalis kredit portfeli 0.3% (30.3 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12 milyard 674.8 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.4% (110.9 milyon manat) artaraq 8 milyard 93.9 milyon manata çatıb.
Öhdəliklər
2019-cu ilin aprel ayında fiziki şəxslərin əmanətləri 8 milyard 625.2 milyon manat təşkil edib. Aprel ayında əmanətlər 4.5% (371.7 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13.2% (367.8 mln. manat) artaraq 3 milyard 155.5 milyon manat, müddətli əmanətlər isə 0.1% (3.9 mln. manat) artaraq 5 milyard 469.7 milyon manat təşkil edib.
Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19.2% (278 milyon manat) artaraq 1 milyard 727.7 milyon manata çatıb. Hüquqi şəxslərin ümumi depozitlərin ayın sonuna 10,176.4 mln. manat təşkil edib.
Balans kapitalı
Sektorun balans kapitalı aprel ayı ərzində 2.5% (106.1 mln. manat) artaraq 4,419.8 mln. manata çatıb.
Mənfəət və zərər
Aprel ayında bankların əməliyyat mənfəəti 288.4 mln. manat, xalis mənfəəti isə 347.9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.8%, kreditlər üzrə faiz gəlirləri isə 18.2% artıb.
Ümumi məlumatlar
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,544 olub. Bank sektorunun işçi heyətinin sayında artım aprel ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin aprel ayında işçi sayı 1.3% (233 nəfər) artaraq 17 982 nəfər təşkil edib.
30 aprel 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəriciləri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)








