Kartlarda 100 minə yaxın artım
2019-cu ilin Aprel ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 721 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Mart ayının sonu ilə müqayisədə Apreldə cəmi ödəniş kartlarının sayı 97 min ədəd artıb.
Artım Yanvarda 39 min ədəd, fevralda 74 min ədəd təşkil etmişdi. Martda cəmi ödəniş kartlarının sayı dəyişməmişdi.
Mart ayı ilə müqayisədə Apreldə sosial kartların sayı 13 min ədəd azalaraq 2 milyon 523 min ədədə düşüb.
Martda əməkhaqqı kartlarının sayı 18 min ədəd artaraq 2 milyon 96 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 84 min ədəd artaraq 1 milyon 308 min ədədə, kredit kartlarının sayı isə 9 min ədəd artaraq 795 min ədədə yüksəlib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-aprel ayları ərzində (ilk 4 ayda) cəmi ödəniş kartlarının sayı 210 min ədəd, o cümlədən sosial kartların sayı 1 min ədəd, əmək haqqı kartlarının sayı 56 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 219 min ədəd artıb. Kredit kartlarının sayı isə 65 min ədəd azalıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Marja"ya verilən məlumata görə, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən 2019-cu ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 95 minə yaxın artım qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)







