“Gənclər Yaşayış Kompleksi”nin təməli qoyuldu
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin təməli qoyulub
İyunun 12-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni “Gənclər Yaşayış Kompleksi”nin təməlatması olmuşdur
Bu gün muxtar respublikamızda 456 mindən artıq əhali yaşayır ki, onların da 140 mini və yaxud 30 faizdən çoxu gənclərdir. Ona görə də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təməlatma mənasimində deyib: “14-29 yaş arasındakı gənclərimizin təhsil alması və peşə öyrənməsi, mənzil şəraitlərinin yaxşılaşdırılması ölkəmizin gələcəyinə xidmət edən məsələdir. Dövlətin dəstəyi ilə Naxçıvan şəhərində yeni yaşayış kompleksinin salınmasında məqsəd də ondan ibarətdir ki, gənclərin mənzil problemi həll edilsin, onlar rahat yaşasınlar. Yaşayış kompleksinin tikilməsi həm də burada yeni iş yerlərinin açılması deməkdir. “Gənclər Yaşayış Kompleksi”nin tikilməsinə həm dövlət, həm də sahibkar tərəfindən vəsait sərf olunur. Ona görə də tikinti işləri keyfiyyətlə aparılmalı, gənclərimiz müasir mənzillərlə təmin olunmalıdırlar”.
Ali Məclisin Sədri mənzillərin keyfiyyətlə tikilib başa çatdırılacağına əminliyini bildirmiş, inşaatçılara uğurlar arzulamışdır. “Cahan Holdinq” Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov “Gənclər Yaşayış Kompleksinin” layihəsi üzrə görüləcək işlər barədə Ali Məclisin Sədrinə məlumat vermişdir.
Bildirilmişdir ki, ərazidə ikisi 7, ikisi 5 mərtəbəli olmaqla, 4 yaşayış binası inşa ediləcəkdir. Yeddimərtəbəli yaşayış binalarından biri 26, digəri 28, beşmərtəbəli yaşayış binalarının isə hər biri 40 mənzillidir. Ümumilikdə, 4 yaşayış binasında 134 mənzil istifadəyə veriləcəkdir.
Binaların zirzəmisində xidmət sahələri yaradılacaq, həyətdə istirahət parkı istifadəyə veriləcəkdir. Ali Məclisin Sədri kompleksdə gənclərin, eləcə də ailələrin tələbatına uyğun xidmət sahələrinin yaradılması, mənzillərin ipoteka yolu ilə satışa çıxarılması və gənclərin məlumatlandırılması barədə tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri beton qarışığı bünövrəyə tökmüş, yaşayış kompleksinin təməli qoyulmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























