Muxtar respublikaya yeni teplovoz gətirilib
Naxçıvan dəmir yolunda lokomotivlərə olan tələbat nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun tapşırığına əsasən “ÇME 3” seriyalı 6069 saylı yeni manevr teplovozu “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.
Naxçıvan Muxtar Respublikası işğalçı ölkə tərəfindən blokadaya salındığı üçün ölkəmizlə qədim diyarın birbaşa dəmir yolu əlaqəsi olmadığına görə daşımalar əsasən avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Yüklərin muxtar respublikaya çatdırılmasında Gürcüstan və Türkiyə üzərindən keçən avtomobil yolundan da geniş istifadə olunur. Yeni teplovoz da xüsusi avtoqoşqular vasitəsilə Gürcüstan və Türkiyə üzərindən keçməklə iyunun 12-də muxtar respublikaya gətirilib.
Teplovozdan dəmir yolunda manevr işlərinin aparılmasında, qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunmasında, sərnişinlərin vaxtında mənzil başına çatdırılmasında, həmçinin Ordubad-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunacaqdır.
Qeyd edək ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb, vağzal binaları, stansiyaların idarəetmə mərkəzləri, inzibati və yardımçı binalar əsaslı təmir olunub. Yeni avadanlıqların, maşın və mexanizmlərin, vaqonların alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması yük və sərnişindaşımalarının etibarlılığını təmin edib.
Muxtar respublikada dəmir yol-nəqliyyat kompleksinin yenilənməsi, bu sahənin texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər 2019-cu ildə də davam etdirilir. Yeni teplovozun muxtar respublikaya gətirilməsi də görülən işlərin davamıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






